"Huner Group" Fonda 50 min manat köçürdü
“Huner Group” milli ordumuza öz dəstəyini göstərmək üçün bütün imkanlarını səfərbər edir. Belə ki, istər könüllü, istər qismən səfərbərlik çərçivəsində şirkətin 20-ə yaxın əməkdaşı artıq milli ordumuzun sıralarına qoşulub.
Bununla yanaşı şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat məbləğində vəsait köçürüb.
Həmçinin, ordumuza tibbi yardım göstərilməsi ilə bağlı öz dəstəyini vermək üçün “Huner Group” Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət də edib. Belə ki, mövcud dönəmdə silahlı qüvvələrimizin istifadəsi üçün təmənnasız şəkildə bütün növ tibbi ləvazimatlarla təchiz olunmuş təcili yardım avtomobilləri və yüksək ixtisaslı səhiyyə əməkdaşlarından (baş həkim, stomatoloq, endokrinoloq, rentgenoloq, tibb bacıları və s.) ibarət tibbi heyət tam hazırdır.
Bundan əlavə, 70 000 manat dəyərində müxtəlif növ tibbi ləvazimatlar da təmannasız olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























