FAB Boya Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürdü
Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri təcavüzkar Ermənistanın növbəti hərbi təxribatının qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi uğrunda zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Yaşından, statusundan, vəzifəsindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı yekdilliklə silahlı qüvvələrimizin haqq işinə öz dəstəyini nümayiş edirir.
FAB Boya və Kimya Sənayesi MMC də işğal altında olan tarixi torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə ordumuza maddi və mənəvi dəstəyini əsirgəmir. Şirkət tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürülüb.
Eyni zamanda şirkətin 30-dan çox əməkdaşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə ordu sıralarına qatılıb.
“Silahlı qüvvələrimizin əldə etdiyi uğurlar Qarabağın tezliklə azad olunacağı, ölkəmizdə sülhün, əmin-amanlığın bərqərar olacağının xəbərçisidir. İnanırıq ki, o yerlərə, tarixi yurd-yuvalarımıza qayıdacağımız gün çox yaxındır. Çünki Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Yaşasın qüdrətli, şanlı Azərbaycan əsgəri!” – deyə FAB Boya və Kimya Sənayesi MMC-dən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























