InvestAZ İnvestorlar üçün xüsusi hazırlanmış “INVESTOR CARD”-ı yeni dizayn və üstünlüklərlə təqdim etdi
İnvestorların sevimli kartı artıq yeni dizayn və üstünlüklərlə xidmətinizdədir!(®️) Fəaliyyətini daim yeniliklər ilə zənginləşdirən InvestAZ investisiya şirkəti, 2018-ci ildə, Azərbaycanın yatırım bazarında ilk dəfə olaraq “INVESTOR CARD” - investisiya kartını təqdim etdi. Hal-hazırda Premium və Standart olaraq təklif edilən bu kart vasitəsilə siz, bir çox üstünlüklər əldə edəcəksiniz.
“INVESTOR CARD”, bir kartdan daha çox imkanlara sahib ola biləcəyiniz kartdır. Bu kart ilə sərbəst vəsaitləriniz təkcə virtual ekranda deyil, həmçinin real kartınızda olacaq.
7 gün 24 saat, internetin olduğu hər yerdən öz InvestOR hesabınıza daxil olaraq kartınızın balansını görə, cari hesabınıza mədaxil edə və ya öz cari hesabınızdan sərbəst vəsaitlərinizi kartınıza məxaric edə bilərsiniz.
“INVESTOR CARD” həmçinin beynəlxalq ödəniş kartıdır və dünyanın istənilən nöqtəsində sizə sərbəst vəsaitinizi əlçatan edəcəkdir. Bundan başqa, bu kartla ödənişlər zamanı müvafiq bonus və ya “cash back”-lər əldə edə biləcəksiniz.
InvestAZ İnvestisiya şirkəti hər zaman Azərbaycan investorlarının Dünya Maliyyə Bazarlarındakı aktivlərə yatırım imkanını genişləndirməyi hədəf bilmişdir. İnvestisiya fəaliyyətinin göstərilməsi üzrə müddətsiz lisenziyaya malik olan InvestAZ investisiya şirkəti, Maliyyə vasitəçiliyi (Brokerage), İnvestisiya bankçılığı (İnvestment Banking), Portfel İdarəçiliyi (Asset Managment), Marja Ticarəti (FOREX), Tədris kimi xidmətləri investorlara təqdim etməkdədir. Daim yeniliklərlə yadda qalan şirkət, bu siyasətə sadiq qalaraq kriptovalyuta və səhm bazarında ticarət fürsətini də artıq yatırımçıların ixtiyarına vermişdir.
Yatırımçıların öz vəsaitlərini asan idarə edə bilməsini və yatırımlarında uğurlu olmasını təmin etməyə çalışan InvestAZ şirkəti, bundan sonrakı fəaliyyətində də daha faydalı yeniliklərə imza atmasını planlaşdırır.
Əlavə olaraq qeyd etmək istərdik ki, son günlərdə haqqımızda yazılan məqalələr təhrif olunmuş və böhtan xarakterlidir. Oxuyuculara bu xəbərlərin həqiqət olmadığını çatdırmaq istəyirik.
Şirkət olaraq hər zamankı kimi şəffaf fəaliyyətimiz davam etməkdədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir





















