Mərkəzi Bank xidmət haqlarını aşağı saldı
Daşınar əmlakı girov qoyaraq kredit almaq imkanları genişləndirilir. Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri yenilənib və digər dövlət informasiya sistemləri ilə inteqrasiyası yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin ölkədə əhalinin və biznesin maliyyə resurslarına çıxışının genişləndirilməsi və kənd yerlərində maliyyə inklüzivliyinin artırılması ilə bağlı verdiyi tapşırıqlardan irəli gələrək Mərkəzi Bank tərəfindən bir sıra strateji layihələr və ardıcıl işlər həyata keçirilməkdədir.
Bnakın yaydığı məlumatda bildirilir ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində iqtisadi subyektlərin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının genişləndirilməsi məqsədilə 2018-ci ildə istifadəyə verilmiş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) daha təkmil texnoloji platformada yenidən qurulmuşdur. Yenilənmiş DƏYDR (https://mpcr.e-cbar.az) müasir texnoloji və təhlükəsizlik tələblərinə tam cavab verməklə yanaşı onun digər dövlət informasiya sistemləri ilə inteqrasiya edilməsi imkanları yaradılmışdır.
İqtisadi subyektlərin yaradılmış DƏYDR platformasından aktiv istifadəsini təşviq etmək məqsədilə xidmət haqqlarının əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilmişdir. “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanına Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 04 sentyabr tarixli Fərmanı ilə dəyişikliklər təsdiq edilmişdir. Nəticədə, DƏYDR-də xidmət haqqları yüklülük bildirişinin daxil edilməsi üçün 10 (on) manat, yüklülüyə dəyişiklik bildirişinin daxil edilməsi üçün 6 (altı) manat və axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün isə 6 (altı) manat məbləğindən müvafiq olaraq 2 (iki), 1 (bir) və 1 (bir) manata endirilmişdir.
"Mərkəzi Bank tərəfindən bu istiqamətdə görülən işlər ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının gücləndirilməsi və yeni maliyyə alətlərindən geniş istifadəsini dəstəkləyəcəkdir. Yaradılmış platforma kredit müraciətləri zamanı təminatla bağlı çətinliklərin aradan qaldırılması və regionlarda əhali üçün daha rahat kreditləşmə vasitələrinin yaradılması imkanlarını genişləndirəcəkdir. Bütövlükdə, bütün bunlar ölkədə maliyyə vasitçəliyini genişləndiricək və maliyyə-bank sektorunun səmərəliliyini artıracaqdır",- məlumatda deyilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi
-
12 saat əvvəl
"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Sizin Lombard" vətəndaşlara kredit ayrımaq üçün illik 15%-lə borc alır
-
14 saat əvvəl
“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
-
14 saat əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
Son Xəbərlər

"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB

“PAŞA Sığorta”da rəhbər vəzifəyə təyinat olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

“Çörəkçi” ailəsi Ümumdünya Çörək Gününü birlikdə qeyd etdi

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər
