Proqnoz: Dağ çaylarından daşqınlar keçəcək
“2016-2017-ci illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ, qismən dağətəyi zonalarında qar örtüyünün yaranması prosesi ötən illərdən fərqli olaraq, oktyabr ayının 17-19-dan başlayıb. Fasilələrlə oktyabrın 3-cü ongünlüyündə və noyabrın 3-cü ongünlüyünün 1-ci yarısında davam edib”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ölkədə qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə apardığı qarölçmə işlərinin nəticələri, respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozunda bildirilib.
Proqnozda qeyd olunub ki, ötən ilin dekabr, bu ilin yanvar və fevral ayının 1-ci yarısında dağ və dağətəyi zonalarda sabit qar örtüyünün əmələ gəlməsi düşən qar hesabına daha çox olub. Yüksək dağlıq ərazilərdə havaların şaxtalı keçməsi qar örtüyünün qalmasına şərait yaradıb. Bu, gursululuq dövrünün formalaşmasında əsas rol oynayacaq.
“Lakin martın mülayim keçməsi və ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub, nəticədə qar ehtiyatı azalıb. Bu il Böyük və Kiçik Qafqazın çay hövzələrində aparılan qarölçmə işlərinin nəticələri onu göstərir ki, yağan qar həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə çox olub” - deyə, proqnozda bildirilib.
Yaz-yay (aprel,may,iyun) ayları üçün gursululuq dövrünün proqnozuna gəlincə, transsərhəd çaylardan Kür çayından Şəmkir su anbarına axımın normanın 57-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 55-82, Araz çayından Araz su anbarına axımın isə normanın 34-60 faizini təşkil edəcəyi gözlənilir.
Respublikanın dağ çaylarında - Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki,Oğuz-Qəbələ) yamacı çaylarında sululuğun çoxillik normanın 80-105, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında 63-90, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 75-100, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 45-85 faizini təşkil edəcəyi proqnozlaşdırılır.
Bu il qar ehtiyatının normadan çox olmasına və yaz (aprel-may-iyun) yağıntılarının normadan əsasən az gözlənilməsinə baxmayaraq, gursululuq dövrünün ayrı-ayrı günlərində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
Axım proqnozuna əsasən, bu il respublikanın daxili çay hövzələrində qarda olan su ehtiyatı çoxillik normadan çox olsa da, mart ayının mülayim keçməsi, ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub və nəticədə qar ehtiyatı azalıb.
Qonşu Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazilərində qarda olan su ehtiyatı çoxillik normadan az olub.
Yaz-yay (aprel-may-iyun) yağıntılarının miqdarının çoxillik normaya yaxın və az, havanın orta temperaturunun isə normadan 0,5-1 dərəcə yüksək olacağı gözlənilir.
Qeyd olunanları nəzərə alaraq, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən, bu ilin gursululuq dövründə Böyük və Kiçik Qafqazın çaylarında sululuğun normaya yaxın və bir qədər az, Naxçıvan MR, Lənkəran-Astara bölgəsi və iri tranzit çaylarda isə normadan əsasən az olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







