UNEC tələbələri “Excelsior Hotel & Spa Baku” otelində
UNEC-in Karyera Mərkəzinin təşkilatıçılığı ilə “Müəllim Güc Mənbəyidir” layihəsi çərçivəsində tədbirlər uğurla davam edir.
Aprelin 19-da UNEC tələbələri “Excelsior Hotel & Spa Baku” otelində olublar. UNEC-in İqtisadiyyat fakültəsinin tələbələrinin iştirak etdiyi səfərdə Karyera Mərkəzinin direktoru Fuad Əliyev “Müəllim Güc Mənbəyidir” layihəsi barədə məlumat verib. Bildirib ki, bu layihə çərçivəsində tələbələr iş həyatı ilə yaxından tanış olur. Eləcə də Karyera Mərkəzinin mütəmadi təşkil etdiyi “İşgüzar çay fasiləsi” layihəsindən söz açan F.Əliyev UNEC tələbələrinin nüfuzlu şirkətlərə səfərlərindən və qurum rəhbərləri ilə görüşlərindən danışıb.
Otelin HR meneceri Kamran Rzayev tələbələrə “Excelsior Hotel & Spa Baku” oteli barədə ətraflı məlumat verərək bildirib ki, otel ölkə iqtisadiyyatının turizm sektorunda insan resurslarının inkişafına dəstək olur. Bütün təlim və təcrübə və proqramlarının məqsədi tələbələrə turizm sektorunda təcrübə bacarıqlarını aşılamaqdır.
Görüşdə “Excelsior Hot Spa Baku” otelinin HR meneceri Kamran Rzayev tələblərlə turizm sahəsində necə uğur qazanmağın və karyera qurmağın sirrlərini bölüşüb. Eyni zamanda, Kamran Rzayev UNEC-də turizm ixtisası üzrə təhsil alan tələbələrə il boyu oteldə müntəzəm təcrübə keçə biləcəklərini bildirib. Tələblərin bu sahədə böyük təcrübə qazanması və onların gələcəkdə turizm sahəsində uğurla fəaliyyət göstərməsi üçün oteldə müxtəlif maraqlı təcrübə proqramları hazırlanıb. Həmçinin tələbələr üçün “Excelsior Hotel&Spa Baku” otelində təcrübə keçmək imkanı təqdim olunub.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















