Azərbaycan şirkəti Amerika bazarına mebel ixrac etməyə tam hazırdır
Azərbaycanda ofis mebellərinin istehsalı və təkmilləşdirilməsi istiqamətində texnoloji həll yolları təqdim edən Qardaşlar mebel şirkəti fürsətlər ölkəsinə mebel ixrac etməklə bağlı işlərini tamamlayıb.
Şirkətin rəhbəri Əli Mirzəyev Amerika bazarına mebel ixrac etməyə tam hazır olduqlarını açıqladı.
“Amerika bazarı bizim üçün hər zaman cəlbedici olub. Biz bu istiqamət üzrə görülməsi nəzərdə tutulan bütün işləri tamamlamışıq. Hal-hazırda ixrac prosesinin başlanması üçün beynəlxalq yük daşımaları sektorundakı ölkələrarası müəyyən məhdudiyyətlərin aradan qaldırılmasını gözləyirik. Dünyada baş verən pandemiya digər sahələrdə olduğu kimi mebel sahəsində də yeni istiqamətlər formalaşdırdı. Bu istiqamətlərin bizim Amerika bazarına daxil olmamışdan öncə baş verməsi bizim həmin ölkəyə ixracla bağlı növbəti addımlarımızı öncədən müəyyən etməyə imkan yaratmış oldu. Düşünürəm ki, həmin ölkələrdə yeni müştəri davranışlarının formalaşması, bir çox şirkətlərin öz əməkdaşlarına uzun müddət evdən işləməsinə icazə verməsi yeni və praktik ofis mebellərinin yaranmasına təkan verəcək. Biz Amerika şirkətlərinin pandemiya ilə bağlı verdikləri qərarları yaxından izləyir və bu qərarların mebel sektoruna ola biləcək təsirlərini təhlil edirik.”
Şirkət rəhbəri Amerika bazarına ixrac edəcəkləri mebelin ölkə iqtisadiyyatı üçün də böyük faydası olacağını vurğulayıb.
“Amerikaya göndərdiyimiz nümunə mebellərlə bağlı müsbət rəyin formalaşması həmin bazarda mövqeyimizi möhkəmləndirməyə imkan yaradır. Əgər satışlarımız planlaşdırdığımız kimi gedərsə, biz əlavə iş yerlərinin açılmasını və istehsal sahəmizi daha da genişləndirməyi nəzərdə tuturuq. Amerika bazarında satışlarımızın artan templə davam etməsi, həmçinin ölkə iqtisadiyyatına xarici valyuta axınını da təmin edəcəkdir.”
Qeyd edək ki, Qardaşlar mebel yerli bazarda krizis kommunikasiya planını əvvəlcədən və doğru şəkildə quran şirkətlərdən biridir. Şirkətin marketinq və biznesin inkişafı departamentinin apardığı yerli və xarici bazar təhlilləri şirkət üçün yeni istiqamətlər formalaşdırmağa dəstək olmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
5 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
5 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























