"SİF və AKİA-nın birləşdirilməsi müzakirə edilə bilər"
Sahibkarlığın İnkişafı Fondunun (SIF) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKIA) birləşdirilməsi və İqtisadiyyat Nazirliyinin tabeliyində vahid bir qurum kimi fəaliyyət göstərməsi tövsiyəsi müzakirə edilə bilər.
Marja xəbər verir ki, bunu İqtisadçı-ekspert Nicat Məmmədli bildirib.
Onun sözlərinə görə, AKİA kreditləri yalnız aqrar sahə üzrə ixtisaslaşmış və yalnız kənd təsərrüfatının inkişafı ilə bağlı layihələri maliyyələşdirdiyi bir halda, SİF təkcə bir sahə üzrə deyil, müxtəlif sahələr üzrə (həmçinin kənd təsərrüfatı) sahibkarları güzəştli kreditlər ilə təmin edir:
“SİF-də də AKİA-dakı kimi aqrar sahə üzrə kreditlərin olması, Fondunun kredit portfelində aqrar sektorun payının çox olması ilə AKİA-nın bir qurum olaraq fəaliyyətinə ehtiyac qalmır və bu qurumların ayrılıqda fəaliyyət göstərməsi iqtisadi baxımdan faydalı olmur. Belə olan halda, SİF və AKİA-nın birləşməsi və İqtisadiyyat Nazirliyinin tabeliyində vahid bir qurum kimi fəaliyyət göstərməsi tövsiyəsi müzakirə edilə bilər. Həmçinin qurumların birləşməsi onlara olan nəzarətin asanlaşmasına gətirib çıxaracaq. Sahibkarlığın inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlə güzəştli şərtlər altında verilən kreditlərin bir mərkəzdən idarə olunması, öz növbəsində nəzarətin asanlaşması ilə yanaşı vəsaitlərin daha effektiv istifadəsinə kömək edə bilər.
Qeyd edilən səbəbləri nəzərə alaraq, bu qurumların birləşdirilərək və vahid bir qurum halına gətirilərək, İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi, ölkə iqtisadiyyatının dayanıqlılığına və makroiqtisadi inkişafına, habelə verilmiş güzəştli kreditlərin təyinatı üzrə effektiv istifadə edilərək produktiv nəticələr verməsinə müsbət töhfə vermiş olar”.
İqtisadçı əlavə edib ki, Sahibkarlığın İnkişafı Fondunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin niyə ayrı-ayrı fəaliyyət göstərməsi və niyə fərqli nazirliklərin tabeliyində olması böyük sual doğurur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























