PAŞA Bank əməkhaqqı kart sahibləri üçün “Rahat-Yol” kartlarına 20% endirim!
(®️) Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, əməkhaqqı kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir.
Belə ki, PAŞA Bank tərəfindən buraxılan VISA əməkhaqqı kartlarının bütün sahibləri üçün mövcud olan geniş bonuslar və üstünlüklərə biri daha əlavə olundu.
İlin sonunadək keçirilən kampaniya çərçivəsində PAŞA Bankın VISA əməkhaqqı kartlarının sahibləri “Rahat-Yol” şirkətinin xidmətlərindən istifadə etmək üçün təqdim olunan kartları 20% endirimlə əldə edə bilərlər.
“Rahat-Yol” kartlarını əldə edən Müştərilər, yolda baş verən müxtəlif gözlənilməz hallar yarandıqda seçilmiş kateqoriyadan asılı olaraq nəqliyyat vasitəsinin nasazlığı, benzin tədarükü, təkər təmiri və digər səyyar xidmətlərdən istifadə edə bilərlər.
Kampaniyadan yararlanmaq üçün müvafiq promo-kodu əldə etmək kifayətdir. Bunun üçün “RAHATYOL” sözü SMS vasitəsilə 9123 qısa nömrəsinə göndərilməlidir. Kampaniyada aktiv mobil nömrəsi Bank sistemində qeyd olunan bütün PAŞA Bank VISA əməkhaqqı kart sahibləri iştirak edirlər.
Bir müştəri bu imkandan bir dəfə istifadə edə bilər. Promo-koddan istifadə edərək ödəniş etmək üçün keçid: https://e-pul.az/epay/category/other/rahat_yol. Promo-kodların sayı məhduddur.
“Rahat-Yol” şirkətinin təklif etdiyi xidmətlər və kartlar haqqında ətraflı məlumat: https://www.rahat-yol.az/
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
13 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 14 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















