402,3 milyon manat kompensasiya ödənib
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 6 avqust 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 402,3 milyon manat kompensasiya ödəyib.
Fonddan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, ləğv prosesində olan “Atabank” ASC-nin 7,6 min əmanətçisinə 170,8 milyon manat, “Amrahbank” ASC-nin 5,1 min əmanətçisinə 121,7 milyon manat kompensasiya ödənilib. Qeyd edilən banklar üzrə kompensasiyaların ödənilməsinə 01 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
Ləğv prosesində olan “AG Bank” ASC-nin 2,3 min əmanətçisinə 29,8 milyon manat, “NBC Bank” ASC-nin 2,9 min əmanətçisinə 80 milyon manat kompensasiya ödənilib. Adı çəkilən banklar üzrə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edəcəkdir.
Həmçinin, “Atabank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 d. əvvəl
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 27 d. əvvəl
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)





