Vergi borcu olan 4 şirkətə 6 milyon manatlıq tender verildi
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Təmir və Tikinti” MMC paytaxtın Xətai rayonundakı 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşası (1), Nəsimi rayonundakı 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülüb yenidən inşası (2), Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisi (3) və Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 saylı orta məktəbin köhnə korpusunun sökülərək 1 752 şagird yerlik yeni korpusların tikintisi (4) ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.
Tenderlərin qalibləri müvafiq olaraq “TVM İnşaat”, “Kəmər İnşaat”, “Planet Construction” və “GM Construction” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1 milyon 496 min 17 manat, 1 milyon 317 min 301 manat, 709 min 336 manat və 2 milyon 494 min 61 manat, ümumilikdə 6 milyon 16 min 75 manat ödəniləcək.
Maraqlıdır ki, 4 şirkətin hamısının vergi borcu var. Belə ki, “TVM İnşaat” dövlət büdcəsinə 66 min 718 manat, “Kəmər İnşaat” 1 146 manat, “Planet Construction” 669 manat, “GM Construction” isə 5 manat borcludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 24 d. əvvəl
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ






















