Bank BTB-nin Sənaye filialı yeni üslubda təmir edilib
(®️) Bank BTB müştərilərinə daha yüksək xidmətin göstərilməsi məqsədilə Sənaye filialını müasir tələblərə və standartlara uyğun şəkildə təmir edib. Qeyd edək ki, filial Yasamal rayonu, Ə. Haqverdiyev, 577 ünvanında yerləşir. Filial müştəri rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən avadanlıqla təmin olunub və vahid korporativ interyer dizaynda müştərilərin istifadəsinə verilib. Bir sözlə, burada ən son texnologiyanın tətbiqi sayəsində müştərilərə əlçatan və yüksək xidmətin göstərilməsi üçün uyğun şərait yaradılıb.
Bu, Bank BTB-nin filial şəbəkəsinin tranformasiyası istiqamətində təmir etdirdiyi növbəti filialdır.
Xidmətlərimizdən faydalanmaq istəyən fiziki və hüquqi şəxslər, eləcə də fərdi sahibkarlar filialda kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların satışı, qarantiyalar, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər. Həmçinin, MİDA xətti ilə güzəştli ipoteka kreditlərinin verilməsi üzrə lider olan Sənaye filialı indi yenilənmiş üslubu ilə müştərilərinə daha rahat və operativ xidmət göstərəcək.
Rəqəmsal tələblərə cavab verən Sənaye filialı həftə içi 5 gün müştərilərin xidmətindədir.
Qeyd edək ki, Bank BTB artıq bir çox filialını vahid korporativ interyer dizayn standartları ilə təmin edib və açılacaq yeni filial və şöbələrinə bu üslubu tətbiq etməyi planlaşdırır.
Xatırladaq ki, Bankın hər hansı məhsul, xidmət və kampaniyaları ilə bağlı sualı olan müştərilər genişlənən xidmət şəbəkəsi ilə yanaşı Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı da həftəiçi 5 gün müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























