“Azərboru”nun gəlirləri 2 dəfəyə yaxın azalıb
“Azərboru” ASC-nin yığılmış zərəri cəmi aktivlərini üstələyir. ASC demək olar iflasa uğrayıb.2019-cu ildə “Azərboru” ASC-nin yığılmış zərəri (ödənilməmiş zərər) 4 milyon 309 min manat azalaraq 20 milyon 664 min manata düşüb.
Marja Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, zərər ASC-nin 3 milyon 517 min manat olan nizamnamə kapitalını tamamilə silib və mənfi 20 milyon 664 manat kapital yaranıb.
2019-cu ildə “Azərboru”nun cəmi aktivləri 1 milyon 347 min manat və ya 10,4% artaraq 14 milyon 248 min manata yüksəlib. Aktivlərin artması ötən il uzunmüddətli debitor borcların 2 milyon 487 min manat və ya 79% artaraq 5 milyon 619 min manata yüksəlməsindən qaynaqlanır.
Hesabat dövründə “Azərboru” 4 milyon 309 min manat xalis mənfəət əldə edib. Xalis mənfəət əsas əməliyyat mənfəətindən qaynaqlanmır.
2019-cu ildə “Azərboru” ASC-nin göstərilmiş xidmətlərdən və satılmış mal-materialdan cəmi gəliri 332,8 min manat təşkil edib. Şirkət 2018-ci ildə 626,2 min manat cəmi gəlir əldə etmişdi. Beləliklə, 2018-ci illə müqayisədə 2019-cu ildə 1.9 dəfə azalıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
13 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























