Azərbaycan daha bir kreditdən imtina etdi
“Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” çərçivəsində Asiya İnkişaf Bankının (ADB) “Azərişıq” ASC-yə ayırdığı kreditin 750 mln dollarlıq kreditin 2 və 3-cü tranşlarının köçürülməsi təxirə salınıb.
Məlumata görə, buna səbəb Azərbaycan hökumətinin həmin krediti almaqdan imtina etməsidir.
Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, yeni xarici borclanma strategiyasına uyğun olaraq belə bir addım atılıb:
“Ortamüddətli dövrdə dövlət borcalmalarının əsas istiqamətlərini müəyyən edən və Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi çərçivəsində sözügedən kredit müqaviləsi üzrə növbəti tranşların cəlb edilməsi bu mərhələdə nəzərdə tutulmur”, - deyə M.Piriyev əlavə edib.
Xatırladaq ki, 2015-ci ildə Asiya İnkişaf Bankının Direktorlar Şurasının Bakıda keçirilən 48-ci illik toplantısı çərçivəsində Azərbaycan Respublikası hökumətinin təminatı ilə, "Azərişıq" ASC və ADB arasında “Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” üzrə imzalanmış anlaşma memorandumuna əsasən hər biri 250 mln ABŞ dolları olmaqla çoxtranşlı maliyyə mexanizmi ilə ümumilikdə 750 mln ABŞ dolları həcmində vəsaitin cəlb edilməsi nəzərdə tutulmuşdu. Bu müqavilə üzrə Azərbaycan hökuməti 250 mln ABŞ dolları civarında təminatı öz üzərinə götürüb.
2016-cı ildən etibarən müqavilə üzrə ilk tranşla cəlb edilən 250 mln ABŞ dolları məbləğində vəsait ölkə ərazisində elektrik paylayıcı şəbəkənin yenidən qurulması işlərinin maliyyələşdirilməsi üçün tam olaraq istifadə edilib.
Müqavilənin şərtlərinə görə, 2 və 3-cü tranşlar müvafiq olaraq 2018 və 2020-ci illərdə həyata keçirilməli idi.
Report
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 3 saat sonra
-
-
7 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
11 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
14 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























