Neft, ABŞ-da quyuların sayının artması ilə ucuzlaşdı
Neft qiymətləri, ABŞ-da aktiv qazılan quyuların sayının ardıcıl 13-cü həftə də artması ilə əlaqədar olaraq aşağı enib.
"Marja" xəbər verir ki, "Baker Hughes Inc."ın açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı 11 ədəd artıb və artım 13-ncü həftəyə çıxaraq 2011-ci ildən bu yana ən uzun yüksəliş seriyasını həyata keçirib.
Qiymətlər, "Saudi Arabia Oil Co."nun İcraçı direktoru Amin Nasserin, neft bazarının ABŞ-da şist nefti istehsalındakı artıma qarşı tarazlığa yaxınlaşmaqda olduğunu qeyd etməsinə baxmayaraq düşüb.
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bəzi üzvlərinin istehsalın azaldılması müqaviləsinin İyun ayından sonraya da uzadılmasına dəstək verəcəklərini qeyd etməsinin ardından, neftin barel qiyməti 50 dolların üzərində qalır. OPEC-in Çərşənbə günü açıqlanan hesabatına görə, ABŞ-da neft ehtiyatları aşağı düşərkən, ABŞ-dakı rəqibləri şist nefti hasilatını artırırlar.
"ABŞ-da neft istehsalçıları hasilatı bazarının proqnozundan daha sürətlə artırır, bu vəziyyət hər keçən gün sürətlənir və bu şirkətlərin istehsalı nə qədər artırma gücünə malik olduğu barədə proqnoz verməyi çətinləşdirir. Əgər OPEC rəhbərliyi altındakı qrup müqaviləni daha altı ay uzadarsa, neft qiymətləri ən azından 50 dolların üzərində qalar"- deyə analitiklər bildirirlər.
Bakı vaxtı ilə 8:00 olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 0,8 düşərək bareli 52.75 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 0.7 faiz ucuzlaşaraq bareli 55.47 dollara enib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)







