“İdeal Kredit” BOKT-un xalis mənfəəti 2 dəfə artıb

“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 282 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə 2,3 dəfə çoxdur.
Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 352 min manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 70 min manat (2,1 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 4,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,7% çoxdur. Bunun 4,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 29,1% böyüyüb.
Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 19,9% artaraq 3,2 milyon manata, balans kapitalı isə 25,9% artaraq 1,4 milyon manata çatıb.
Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-in təsisçiləri 75% payla Qubad Qubadov (direktor) və 25% payla Xuraman Qubadovadır.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
2 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
