Dolların alqı-satqısı əməliyyatlarının həcmi kəskin artıb
Mərkəzi Bankın Pul Siyasəti İcmalının Yanvar- Mart 2020 sayı dərc olunub.
İcmalda qeyd edilib ki, xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə bağlı valyuta bazarında mart ayında tələb artsa da sonrakı aylarda stabilləşmə baş vermişdir.
Hesabat dövründə də valyuta bazarında əməliyyatların həcminin artması müşahidə edilmişdir.
Rüb ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 26.1% artaraq 7,7 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 87.7%-i ABŞ dollarında, 12.3%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 43.1%-i banklararası valyuta bazarında (BVB), 56.9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır.
Rüb ərzində BVB-də əməliyyatların 99%-i ABŞ dollarında, 0.8%-i avroda, 0.2%-i isə digər valyutalarda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 4.4 milyard dollar ekvivalentində olmuşdur ki, bunun da 79.2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 91.6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 60.8% artaraq hesabat dövründə 2.2 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 2 milyard dollarını və ya 89.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)


