Azərbaycanda 8 gün qeyri-iş günü olacaq
Azərbaycanda mayın 23-dən 8 gün iş olmayacaqNazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar verib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.
Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.
Müəyyən edilib ki, bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır.
Xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 35 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























