Hesab.az-ın Visa ilə keçirdiyi növbəti kampaniya uğurla başa çatıb
®️Onlayn ödənişlər sahəsində rəqabətin güclü olduğu dövrdə Goldenpay/Hesab.az rəqiblərindən ciddi şəkildə fərqlənməyi həmişə bacarmışdır.
Yeni loyallıq proqramı olan “Qazananlar Klubu”nu təqdim edən Hesab.az, bu dəfəki kampaniyada istifadəçilərə Hesab Koin qazanmaq imkanını yaradıb.
Aprel ayının 1-dən etibarən Hesab.az və Visa-nın birgə əməkdaşlığı ilə iki hissəli layihə baş tutdu. Beləki, 1 Apreldə başlayan ilkin mərhələdə Visa kartı ilə Hesab.az-da ödəniş edən 3000 istifadəçi hədiyyə ilə mukafatlandırıldı. May ayının 1-dən başlayan ikinci mərhələdə isə Visa kartı ilə Hesab.az-da bir dəfəyə 30 AZN və yuxarı ödəniş edən ilk 1500 istifadəçi Hesab Koin qazandılar. Əldə edilmiş bu Hesab Koinlərlə istifadəçilər növbəti ödənişlərində istifadə edə biləcəklər.
Kampaniyadan yararlanmaq üçün Visa kartı olmayan istifadəçilər üçün də Hesab.az-da imkan yaradıldı. İstifadəçilər Visa kartı əldə etmək məqsədilə Hesab.az-da onlayn müraciət etdilər. Təqdim edilən Visa kartı pulsuz əldə edən istifadəçilər də kampaniyaya qoşuldular.
Əlavə olaraq qeyd etmək istərdik ki, “Qazananlar Klubu”da Hesab.az istifadəçiləri seçimdən asılı olaraq ödənişlərdən sonra bonus və ya Hesab Koin əldə edə bilirlər. Bu da, istifadəçilərin Hesab.az -ı seçməklərinə bir səbəb olur və onlayn ödənişlərin stimullaşmasına kömək edir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
16 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 17 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var















