"Çörək və çörək məhsullarına 2 milyon ton buğda sərf olunub"
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində taxılçılıq kənd təsərrüfatının ən önəmli sahəsidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ilində 997,5 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsindən 3 milyon 65,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2 faiz (65,7 min ton) çox məhsul yığılıb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov müsahibəsində bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılığın mühüm əhəmiyyət kəsb etdiyini xatırladaraq, bu sahənin inkişafı ilə bağlı kompleks yanaşmanın, statistikanın, təhlilin vacibliyini vurğulayıb.
“Bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. İri taxılçılıq təsərrüfatları yaradılır, həmin təsərrüfatlarda müasir mütərəqqi texnologiyalar tətbiq edilir və hər hektardan 50-60 sentner məhsul götürülür. Su anbarlarının, sututarların tikintisi ilə bağlı yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb edilir və əkin sahələri genişləndirilir”.
İ.Cümşüdov qeyd edib ki, ötən il 590 min hektar sahədə payızlıq və yazlıq buğda əkini həyata keçirilib, hər hektardan 31,3 sentner olmaqla, 1 milyon 851 min ton məhsul istehsal edilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak normasına əsasən adambaşına buğdaya illik tələbat 180 kiloqram, ölkə əhalisinin sayı nəzərə alınmaqla isə cəmi tələbat təqribən 1 milyon 800 min tondur. İstehsal edilən buğdanın 3 faizi təbii itkiyə gedir, 350-400 min tonu yem, 140 min tonu növbəti ilin məhsulu üçün toxum, qalan hissəsi isə emal edilərək və ya emal edilmədən ərzaq məqsədilə istifadə olunur. Minimum istehlak səbətinə görə ərzaqlıq buğdaya illik tələbat 1 milyon 800 min ton müəyyən olunsa da, 2016-cı ildə buğda ehtiyatları və istifadələri balansına əsasən il ərzində çörək və çörək məhsullarına sərf olunmuş buğdanın faktiki həcmi 2 milyon 35,1 min ton təşkil etmişdir. Buna görə də 2016-cı ildə təxminən 1 milyon ton ərzaq buğdası idxal olunub.
Nazirliyin rəsmisi cari təsərrüfat ili üçün məhsul istehsalının artırılmasının proqnozlaşdırıldığını deyib:
“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin məhsulu üçün 950 min hektar sahədə dən üçün, o cümlədən 623,5 min hektarda payızlıq buğda və 326,3 min hektarda payızlıq arpa səpilib. Ötən illə müqayisədə taxıl səpini 2,4 faiz, o cümlədən buğda səpini 6,9 faiz artıb, arpa səpini isə 5,3 faiz azalıb. Çalışırıq ki, taxılçılarımız müasir və ənənəvi texnologiyalardan paralel istifadə edib daha çox məhsul götürsünlər. Bu, məhsuldarlığın yüksəlməsinə, onun maya dəyərinin azalmasına və keyfiyyətinin daha da yaxşılaşmasına təsir göstərəcək”.
Bitkiçilik şöbəsinin müdiri qeyd edib ki, yerli buğdanı digər ölkələrdən idxal olunan buğda ilə qarışdırıb daha keyfiyyətli çörək istehsal etmək olar. Bu istiqamətdə elmi-tədqiqat institutları emal müəssisələrinə müəyyən tövsiyələr də verir.
“Görülən və görüləcək kompleks tədbirlər belə deməyə əsas verir ki, yaxın gələcəkdə yerli istehsal hesabına ərzaqlıq buğda ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşacaq”, - deyə İ.Cümşüdov bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























