Azərbaycan dövlət müəssisələrini özəlləşdirməyə hazırlaşır
Bu məqsədlə əlavə işçi qrupu yaradılacaqAzərbaycanın bir sıra dövlət müəssisələri özəlləşdiriləcək.
Marja xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə kömək edəcək.
"Yekun olaraq, dövlət müəssisələri və dövlət sektoru. Fikrimcə, biz növbəti həftə və ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyirik. Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq, biz, - bilmirəm Azərbaycan dilində də bu kəlam varmı?, - “İşləri məcrasına salmaq” istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez baş versin. Fikrimcə, Azərbaycana gəldikdə, vəziyyət daha yaxşıdır, çünki birinci rübdə artım müşahidə olunub. Lakin biz yalnız bununla arxayınlaşmamalıyıq. Biz hökumətin səylərini və özəl sektorla işi çox fəallaşdırmalıyıq ki, Azərbaycanda bu, baş versin. Bunu da edəcəyik. Mənim bütün həmkarlarımı ekranda görürsünüz. Bütün yüksək rəhbərlik Sizə dəstək vermək üçün buradadır",- AYİB-in prezidenti Suma Çakrabarti bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İqtisadiyyat naziri bu məsələ üzərində çalışır: "Artıq qeyd edildiyi kimi, kommersiyalaşdırma, qismən özəlləşdirmə - biz, ola bilsin, bunu sizinlə müzakirə etməliyik ki, ilkin addımlar hansılar olacaq. Biz əslində buna hazırıq. Korporativ idarəçilik məsələsi də var. Hazırda biz bildiyiniz kimi, daha çox əlaqələndirmə məqsədilə ana təşkilat ideyasını müzakirə edirik. Çünki problemlərimizdən biri dövlət şirkətləri arasında əlaqələndirmənin çatışmamasıdır. Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir. Bu məqsədlə əlavə işçi qrupu yaradılacaq".
Xəbər verdiyimiz kimi, Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 5 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
51 d. əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
1 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
1 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
1 saat əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
-
2 saat əvvəl
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb











.jpg)









