Dollarla əməliyyatların həcmi 3 dəfədən çox azalıb
2017-ci ilin fevral ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
Mərkəzi Bankın statistikasına görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 3,18 dəfə azalıb.
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 3,21 dəfə azalıb. Başqa sözlə, fevralda ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 247 mln. 736,3 min ABŞ dolları olubsa, 2016-cı ilin fevralında 796 mln. 463,3 min ABŞ dolları təşkil edib.
Bu ilin fevral ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 125 mln. 4 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,62 dəfə azdır. Fevralda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 122 mln. 732,3 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,82 dəfə azdır.
Bu ilin yanvar ayı ilə müqayisədə fevralda banklar tərəfindən dollar alışı 1,95 dəfə artaraq 122 mln. 732,3 min ABŞ dolları təşkil edib. Bunun əksinə dollar satışı 1,04 dəfə azalıb. Bu məlumatların təhlili göstərir ki, əhali dollar satışını artırıb, alışını isə azaldıb.
2016-cı ilin fevralı ilə müqayisədə ötən ilin eyni dövrü ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 3,91 dəfə azalıb. Başqa sözlə, bu ilin fevralında avro ilə mübadilə əməliyyatlarının həcmi 29 mln. 821,4 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 116 mln. 467,1 min avro təşkil edib.
Fevralda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 18 mln. 125,3 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,94 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 11 mln. 696,1 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,85 dəfə azdır.
Bu ilin yanvar ayı ilə müqayisədə fevralda banklar tərəfindən avro alışı 1,95 dəfə artaraq 11 mln. 696,1 min avro təşkil edib. Bunun əksinə avro satışı 1,23 dəfə artıb. Bu məlumatların təhlili göstərir ki, yanvarla müqayisədə fevralda əhali avro satışını artırıb, avro alışında da artım qeydə alınıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)







