ARDNF-in investisiya portfelinin gəlirliliyi kəskin artıb
2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ümumi gəlirliliyi 5,29% olub.
Bu barədə Fondun hesabatından məlum olur.
2018-ci il üzrə Fondun investisiya portfelinin ümumi gəlirliliyi 0,35% təşkil etmişdi.
Səhm alt portfelinin 2019-cu il üzrə gəlirlilikdə töhfəsi 2,67%, istiqrazların 2,21%, daşınmaz əmlak alt portfelinin isə 0,4%təşkil edib.
İnvestisiya portfelinin alt portfellərinin fərdi gəlirliliyinə nəzər yetirdikdə səhm üzrə fərdi gəlirlilik 21,5%, istiqraz və pul bazarları alətləri üzrə 3%, daşınmaz əmlak üzrə fərdi gəlirlilik isə 7,4% olub.
“Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu il ərzində müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil edib”, - Fonddan bildirilib.
2019-cu ilin yekunları üzrə ARDNF-in cəmi investisiya portfeli 43,323 mlrd. ABŞ dolları təşkil edib. Portfelin 56,6%-ni ABŞ dolları, 31,4%-ni avro, 5,1%-ni ingilis funt sterlinqi, 1,5%-ni yapon yeni, 1,2%-ni Çin yuanı, 0,8%-ni Türkiyə lirəsi, 0,8%-ni Rusiya rublu, 0,6%-ni Avstraliya dolları, 0,5%-ni Koreya vonu və 1,5%-ni digər valyutalar təşkil edib.
Fondun ABŞ dolları portfelinin 4 milyard 930 milyon dollarlıq hissəsini (11,4%) qızıl investisiyaları təşkil edir.
Fondun aktivlərində 60 milyon dəyərində Azərbaycan manatı olub.
ARDNF-in investisiya portfelinin aktivlər üzrə bölgüsündə 68,7%-i istiqrazlar və pul bazarı alətləri, 14,1%-i səhmlər, 5,8%-i daşınmaz əmlak, 11,4%-i isə qızıla investisiyalar olub.
Kredit reytinqi üzrə bölgüdə aktivlərin 42,8%-i AAA reytinqli alətlərə, 29%-i A, 16,3%-i AA, 10,5%-i BBB kredit reytinqli alətlərə investisiya edilib. Portfelin yalnız 1,4%-i qeyri-investisiya dərəcəli alətlərə investisiya edilib.
İnvestisiya portfelinin 33,8%-i Avropa, 33,76%-i Asiya-Sakit Okean regionu, 24,9%-i Şimali Amerikaya, 2,04%-i Avstraliya/Yeni Zelandiya, 0,71%-i Yaxın Şərq, 0,05%-i Latın Amerikaya investisiya olunub, 4,73%-i isə beynəlxalq təşkilatlara investisiyalar təşkil edir. Ölkələrin inkişaf səviyyəsinə görə bölgüdə portfelin 63,23%-ni inkişaf etmiş ölkələr, 32,04%-ni inkişaf etməkdə olan ölkələr və 4,73%-ni beynəlxalq maliyyə təşkilatları təşkil edir.
Qeyd edək ki, 2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 12,48% artaraq 43 milyard 323,3 milyon ABŞ dollarına bərabər olub. Bildirilib ki, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.
HƏMÇİNİN BAX: Neft Fondunun investisiya fəaliyyətinin yekunları - TƏQDİMAT
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















