Nazirliyin Arıçılıq Kompleksinin səmərəli olmayacağı gözlənilir
"Mətbuatda oxudum ki, Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min baş arı ailəsindən ibarət Arıçılıq Kompleksini inşa etdirəcək. Burda 2 məsələ diqqətimi çəkdi. Birincisi, Kompleksin Nazirlik tərəfindən yaradılmasının məqsədəuyğunluğu. Yenə də köhnə prinsip davam edir. Dövlət özəl biznesə şərait yaratmaq əvəzinə özü biznesə girişib. Təəssüf ki, ölkədə dövlətsizləşmə addımlarını gözlədiyimiz bir gündə bunun əksini görürük".
Marja xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev bildirib.
İqtisadçı əlavə edib:
"Diqqətimi çəkən ikinci məsələ bu layihənin səmərəliliyidir. Miqyas effekti baxımından 10 min arı ailəsinin bir təsərrfat altında olması arı məhsullarının maya dəyərini azaldır. Ancaq əsas sual həmin ərazinin 10 min arı ailəsini qida ilə təmin etmək gücündə olması ilə bağlıdır. Vaxtilə təşkilatımız Azərbaycanda qeyri-neft sektorunun inkişafı çərçivəsində arıçılığın inkişafı perspektivləri ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı bu sahənin təkcə iqtisadi yox, həm də ekoloji, sağlamlıq və turizm baxımından nə qədər faydalı olduğunu gördük. Ona görə arıçılıq sahəsi həmişə diqqətimizdədir. Qeyd edim ki, bal arılarının effektiv işləmələri üçün uçuş məsafəsi maksimum 2 km olmalıdır. Bu halda ərazidə kompakt şəkildə 10 min arı ailəsini (hər ailədə on minlərlə arı) təmin edə biləcək meşə, bitki varmı? Bu mal-qara deyil ki, kənardan qida daşıyasan. Arı özü bal üçün nektarı yığıb gətirir. Üstəgəl Lahıcın yerləşdiyi coğrafı ərazi heç də Aran region qədər arılar üçün optimal temperatura malik deyil. Digər tərəfdən bu kompleks bir neçə yüz arı ailəsi olan kiçik arıçılıq təsərrüftlarını sıradan çıxartmayacaq?
Qısası, bu layihənin səmərəli olacağını düşünmürəm".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
4 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
























