AZAL-da meqa zərər
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2017-ci ili 41 milyon 568 milyon manat zərərlə başa vurub.
Aviaşirkətin maliyyə hesabatına görə, bu, 2016-cı ilə nisbətən 83,7% azdır.
Bununla belə, qurumun yığılmış zərəri 3% də artaraq 1 milyard 433 milyon 579 min manata çatıb.
2017-ci ildə AZAL-ın əməliyyat gəlirləri 879 milyon 904 min manat (2016-cı illə müqayisədə 27,9% çox), əməliyyat xərcləri 883 milyon 184 min manat (25,05% çox), maliyyə xərcləri 91 milyon 636 min manat (33,2% çox), valyuta məzənnələrinin dəyişməsindən gəlirləri isə 53 milyon 348 min manat (2016-cı ildə zərər olub) təşkil edib.
2018-ci il yanvarın 1-nə AZAL-ın aktivləri 2 milyard 129 milyon 27 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2% azdır. Bunun 1 milyard 864 milyon 432 min manatı əmlak və avadanlıqlardır. Bu isə illik müqayisədə 1,4% çoxdur.
Hesabat dövründə aviaşirkətin öhdəlikləri 12,4% artaraq 2 milyard 634 milyon 27 min manata, balans kapitalının çatışmazlığı isə 2,7 dəfə artaraq 505 milyon manata çatıb.
Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Səhmləri 100% dövlətə məxsus aviaşirkətin nizamnamə kapitalı 823 milyon 974 min manatdır.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























