"Zərər qızılın qiymətilə bağlıdır" - “AzerGold”dan açıqlama
“AzerGold” QSC 2017-ci illə müqayisədə 2018-ci ildə xalis mənfəətinin 63,5% azalaraq 8 milyon 41 min ABŞ dolları təşkil etməsilə bağlı açıqlama yayıb.
“AzerGold” QSC-dən “Marja”ya daxil olmuş açıqlamada bildirilir ki, xalis mənfəətin azalması qeyri-maddi aktivlərin dəyərsizləşməsindən qaynaqlanır:
“2018-ci ilin maliyyə auditinin hesabatları 2017-ci ildə olduğu kimi müsbət göstəriciləri əks etdirir. Cəmiyyətin təqdim etdiyi hesabata əsasən, 2017- ci ilə nisbətən satışdan gəlirlər azalsa da, satışın maya dəyərində də önəmli dərəcədə azalma müşahidə olunması ümumi mənfəətin artımına səbəb olub. Belə ki, 2017-ci ildə “AzerGold” QSC-nin satışları 77 306 206 dollar olduğu halda, 2018-ci il üçün bu rəqəm 18 936 259 dollar (və ya 24%) azalaraq 58 369 947 dollar təşkil edib. Öz növbəsində satışın maya dəyəri isə 2018-ci ildə, 2017-ci ildəki 62 288 074 dollar səviyyəsindən 23 301 577 dollar (və ya 37%) azalaraq 38 986 497 dollaradək enib. 2017-ci illə müqayisədə ümumi mənfəət 4 365 318 dollar (və ya 29%) artaraq 2018-ci ildə 19 383 450 dollaradək yüksəlib. Ümumi mənfəətin (satışdan gəlirlərlə satışın maya dəyəri arasında olan fərq) satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2017-ci ildə 19% idisə, 2018 – ci ildə bu göstərici 33% təşkil edib. Mənfəət və Zərər Haqqında Hesabatdan da göründüyü kimi 2017-ci ildə qızılın qiymətində artım olduğu üçün əvvəlki ildə qeydə alınmış qeyri-maddi aktivlərin dəyərsizləşməsində 14 milyon dollar artım baş vermişdir. 2018-ci ildə isə bu göstəricidə artım yox, əksinə, yenidən dəyərsizləşmə baş verdiyi üçün Xalis Mənfəətdə də azalma müşahidə olunub. Qeyd etmək lazımdır ki, bu tip artım və ya dəyərsizləşmələr dünya bazarlarındakı qızılın qiyməti ilə birbaşa bağlı olduğu üçün, heç bir halda “AzerGold” QSC-nin fəaliyyətində və idarəedilməsindəki birbaşa səmərəsizliyi əks etdirmir. Bu, sadəcə Cəmiyyətin sərəncamında olan mədənlərdəki kəşf edilmiş və hələ hasil edilməmiş metalların dəyərində dünya bazarındakı qiymətlərin mütəmadi dəyişməsinə görə artıb-azalmalardır. Əgər Mənfəət və Zərər Haqqında Hesabatdakı bu göstəricini nəzərə almasaq, o zaman Cəmiyyətin Xalis Mənfəətində də artımın olduğunu asanlıqla görmək olar”.
HƏMÇİNİN OXU:“AzerGold”da 8 milyon dollar xalis mənfəət
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)





.jpg)






