İşçilər ilə müqavilə bağlanır, banklar qazanır - 1 İLDƏ 276 MİN ƏDƏD ARTDI
2019-cu il ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 276 min ədəd artıb, kredit kartlarının sayı isə 63 min ədəd azalıb.
2019-cu ilin sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Noyabr ayının sonu ilə müqayisədə Dekabrda cəmi ödəniş kartlarının sayı 59 min ədəd artıb.
Noyabrın sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 207 min ədədə təşkil etmişdi.
Cəmi ödəniş kartlarının sayı Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min, İyulda 121 min ədəd, Avqustda 77 min ədəd, Sentybarda isə 58 min ədəd artmışdı. Oktyabrda isə cəmi ödəniş kartlarının sayı 130 min ədəd azalmışdı. Azalma sosial kartların azalmasından qaynaqlanmışdı. Sosial kartların sayında azalma aqro kartların müddətinin bitməsi ilə əlaqədar idi. Bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalarını almaları üçün yeni fermer kartı veriləcəkdir. Noyabrda cəmi ödəniş kartlarının sayı 71 min ədədə artmışdı.
Noyabr ayının sonu ilə müqayisədə Dekabrda sosial kartların sayı 26 min ədəd azalaraq 2 milyon 383 min ədədə düşüb.
Dekabrda əməkhaqqı kartlarının sayı 10 min ədəd artaraq 2 milyon 316 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 29 min ədəd artaraq 1 milyon 769 min ədədə, kredit kartlarının sayı isə 46 min ədəd artaraq 797 min ədədə çatıb.
2018-ci ilin sonu ilə müqayisədə isə ötən il ərzində (12 ayda) cəmi ödəniş kartlarının sayı 755 min ədəd, o cümlədən, əmək haqqı kartlarının sayı 276 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartların sayı isə 680 min ədəd artıb. Sosial kartların sayı 139 min ədəd, kredit kartlarının sayı isə 63 min ədəd azalıb.
Qeyd edək ki, əməkhaqqı kartlarının sayındakı artıma işçilərin rəsmiləşdirilməsi üzrə həyata keçirilən tədbirlər təkan verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)










