Prezidentdən keyfiyyətli internet üçün nazirə tapşırıq
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib.
“Marja” xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
Ötən ilin noyabr ayında Qazaxıstanda bu ölkə ilə Azərbaycan arasında yeni rabitə xəttinin çəkilməsinin təməlqoyma mərasimi keçirilmişdir. Bu da çox önəmli layihədir. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində böyük uğurlar əldə edib. Ənənəvi “Bakutel” sərgisi çox böyük diqqət cəlb edir. Bu il bu istiqamətdə hansı işlər görüləcəkdir, bu barədə məlumat verin.
Ramin Quluzadə: Möhtərəm cənab Prezident, Bakı ilə Qazaxıstanı birləşdirən fiberoptik kanal gələcəkdə Avropanı və Asiyanı birləşdirən bir xətt olacaq. Bu da imkan yaradacaq ki, biz gələcəkdə Avropadan Çinə və digər ölkələrə interneti Azərbaycanın üzərindən ötürək. Gələcəkdə Azərbaycan və digər ölkələrdə internetə olan tələbatın ödənilməsi və keyfiyyətli internetdən istifadə üçün bu işlər görüləcək. Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq hər il “Bakutel” sərgisinə də maraq artır. Siz də oraya gələndə görürsünüz ki, həm yerli şirkətlərimizin, həm də startapların bu sahəyə marağı artır. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev: Buna da çox diqqət yetirmək lazımdır. “Bakutel” artıq 20 ildən çoxdur keçirilir və regionda əsas sərgi və konfransdır. Bu sərgi və konfransda adətən Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri də iştirak edir. Bu təşkilatın rəhbərləri mənimlə görüş əsnasında daim Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət verirlər. Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.
HƏMÇİNİN OXU: İlham Əliyev naziri qəbuluna çağırdı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)
.jpg)




.jpg)






