“Marcom” şirkəti 2020-ci il üçün planlarını açıqladı
“Maarifləndir ki, müştəri qazanasan” şüarı ilə kiçik və orta sahibkarlığa dəstək olan “Marcom” Marketinq və Kommunikasiyalar şirkəti 2020-ci il üçün olan planlarını açıqladı.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə, şirkətin ötən ilki fəaliyyətini uğurlu dəyərləndirmək olar. “Biz şirkətin 2019-cu il strateji inkişaf yol xəritəsinə uyğun olaraq bazar iştirakçıları üçün Marketinq Audit və Konsultasiya adlı iki yeni xidmət formalaşdırdıq. Təqdim etdiyimiz hər iki xidmət bazar iştirakçılarının sağlamlaşdırılması və maarifləndirilməsi məqsədi ilə yaradılmışdır. Bu il də “Marcom” şirkəti olaraq bazara 3 yeni xidmət təqdim etməyi planlaşdırırıq. Təqdim edəcəyimiz xidmətlərdən biri tibb sektorunu əhatə edəcək, digər iki xidmət isə şirkətlərin bazardakı mövqelərini möhkəmləndirməyə kömək edəcək.”
Bir çox sahələrə dəstək göstərəcəyik
Şirkətin icraçı direktoru 2020-ci ildə bir çox sahələrə dəstək olmağa çalışacaqlarını da söylədi. “Azərbaycanda bir çox sahələr üzrə fəaliyyət göstərən şirkətlər kadr çatışmazlığı səbəbindən marketinq xidmətlərindən tam faydalana bilmirlər. Biz 2020-ci ildə informasiya texnologiyaları, hüquq, kənd təsərrüfatı, logistika, tədris sahəsi üzrə fəaliyyət göstərən şirkətlərə marketinq dəstəyi göstərməyi planlaşdırırıq.”
Outsource Marketinq xidmətinə tələb artacaq
Ceyhun Fərzəliyev 2019-cu ildə bir çox şirkətlərin oflayn / onlayn marketinq, dizayn və media marketinqi sahələri üzrə keyfiyyətli kadr çatışmazlığından əziyyət çəkdiyini vurğuladı. “Keçən il xeyli şirkətin marketinqin müxtəlif sahələri üzrə kadrlar axtardığının şahidi olduq. Bu vəziyyətin bazarda şirkətlərin outsource marketinq xidmətinə olan tələbatını artıracağını düşünürəm. Əslində şirkətlərin outsource marketinq xidmətindən faydalanması onlara həm maliyyə, həm də effektivlik baxımından əlverişli olacaq. Şirkətlərarası rəqabətin artdığı bir dövrdə şirkətin marketinq işlərini görmək üçün bir - iki nəfərin olması kifayət deyildir. Marketinq işi kompleks yanaşmanı tələb edir”.
Bazar payını artırmağı düşünürük
“Gürcüstan bizim üçün olduqca cəlbedici bazardır. Hal-hazırda Gürcüstanda bir neçə şirkət üçün marketinq işləri görürük. 2020-ci ildə bu ölkə üzrə bazar payını artırmağı düşünürük. Burada imkanlar olduqca genişdir və rəqabətlilik dərəcəsi aşağı olduğu üçün ciddi nailiyyətlər əldə edəcəyimizə inanırıq”,- Şirkətin icraçı direktoru əlavə etdi.
Yatırım etməyə davam edəcəyik
Ceyhun Fərzəliyev 2020-ci ildə də insan kapitalına yatırım edəcəklərini söylədi. “Hər il olduğu kimi bu ildə öz əməkdaşlarımızın inkişafına, yeni əməkdaşların cəlb olunmasına yatırım etməyi planlaşdırırıq. Müştərilərə keyfiyyətli xidmət göstərmək üçün insan kapitalına yatırım etməyimiz mütləqdir. Hal-hazırda yeni ofisə keçid ilə əlaqədar marketinq və dizayn sahəsi üzrə yeni kadrlar yetişdirməyi dayandırmışıq. Lakin yay aylarında bu məsələyə yenidən start verməyi düşünürük.”
Əməkdaşlıq üçün bizdən cavab gözləyirlər
İcraçı direktor bir çox şirkətlərin onlara təklif etdiyi strateji tərəfdaşlıqlarla bağlı məlumat verərək, şərtlərin müzakirə olunduğunu söylədi. “Biz bir çox şirkətlərlə strateji tərəfdaşlıq məsələlərini müzakirə edirik. Məsələlərə detallı yanaşmaqla əmin olmaq istəyirik ki, bu əməkdaşlıq həm tərəflər, həm də ümumilikdə bazar iştirakçıları üçün faydalı olacaq. ”
Qeyd edək ki, “Marcom” Marketinq və Kommunikasiya şirkəti Azərbaycan və Gürcüstan bazarında 26 marketinq xidməti ilə təmsil olunur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























