Nazirliyin Xidməti binasının dam örtüyünə 2,5 milyon manat xərclədi - YENİLƏNİB, AÇIQLAMA
Saat 10:15 - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin elan etdiyi tenderlərinin qaliblərinin adları və bağlanmış müqavilələrin məbləğləri məlum olub.
“Marja” xəbər verir ki, Milli Geoloji Kəşfiyyat Xidməti “Azgersu” MMC ilə 2 müqavilə imzalayıb. Məbləği 2 milyon 495 min manat olan müqavilə “Milli Geologi Kəşfiyyat Xidmətinin inzibati binasının dam örtüyünün təmiri”ni nəzərdə tutur.
İkinci müqaviləyə əsasən, "Azgersu" "Milli Geologi Kəşfiyyat Xidmətinin inzibati binasının qazanxanası üçün istilik çəninin alınması və quraşdırılması işləri"ni də həyata keçirəcəkdir. Bu müqavilənin məbləği 33 min 500 manatdır.
Həmçinin Milli Geoloji Kəşfiyyat Xidməti “SİM-KO ” MMC ilə də müqavilə bağlayıb. Məbləği 2 milyon 367 min manat olan müqavilə “Milli Geoloji Kəşfiyyat Xidmətinin inzibati binasında istilik sisteminin və kanalizasiya xətlərinin çəkilməsi”ni nəzərdə tutur.
Bundan başqa, Xidmət “Caspel” MMC-dən 19 milyon 724 min manatlıq geofiziki kəşfiyyat avadanlığı alıb.
“AZGERSU”DAN AÇIQLAMA
Saat 19:10 - “Azgersu” MMC, “Nazirliyin Xidməti binasının dam örtüyünə 2,5 milyon manat xərclədi” xəbərinə münasibət bildirib. Qeyd edilib ki, Nazirliyin Xidməti binasının dam örtüyünə təxminən 2,5 milyon manat xərcləməsi barədə məlumat doğru deyil. Həqiqi məbləğ xəbərdə göstəriləndən qat-qat azdır.
“Azgersu” MMC bağlanmış müqavilənin nüsxəsini "Marja"ya göndərib. Bağlanmış müqavilədə məbləğ 2 milyon 494 min 980 manat deyil, 24 min 949 manat 80 qəpikdir. Böyük ehtimalla “Dövlət satınalmalarının vahid elektron portalı”nda müqavilənin məbləği dərc edilən zaman səhvə yol verilib. “24949,80 AZN” yerinə “2494980 AZN” yazılıb.
29-12-2019,saat 19:10 - Artıq “Dövlət satınalmalarının vahid elektron portalı”nda müvafiq düzəlişlər edilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 14 d. əvvəl
-
-
58 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























