“AGBank” “Microsoft”un audit yoxlamasından UĞURLA KEÇİB
(®) Azərbaycanın aparıcı banklarından olan “AGBank” “Microsoft” şirkəinin proqram təminatının lisenziyasına uyğunluq auditindən uğurla keçib.
Dünyaca məşhur “Microsoft” şirkəti “AGBank”-da İT-infrastruktur üzrə audit yoxlamasını başa vurub. Yoxlama əcnəbi şirkətin mütəxəssisləri ilə yanaşı bankın yerli mütəxəssisləri ilə birlikdə aparılıb.
Nəticələr bankın beynəlxalq standartlara cavab verdiyini sübut edib. “Microsoft”un tələblərindən əhəmiyyətli yayınma aşkarlanmayıb, kiçik qüsurlar isə aradan qaldırılıb.
İdarə sisteminin və proqram təminatının yoxlanılmasından sonra “Microsoft” bankın proqram təminatı və kiber təhklükəsizlik səviyyəsinin beynəlxalq standartlara tam uyğun olduğu təsdiq edilib.
Şirkət nümayəndələri bankın rəhbərliyinə yüksək peşəkarlığa, hərtərəfli və effektiv bank proqram aktivlərindən istifadə etdiyi üçün minnətdarlığını bildirib.
Bu gün dünyada rəqəmsallaşdırma proseslərinin sürətli genişlənməsi müşahidə olunur. Məhz buna görə “AGBank” öz proseslərini avtomatlaşdırır. Artıq bank əməliyyatlarının əksər hissəsi avtomatlaşdırıb, onlayn bankçılıq inkişaf etdirilib və müştərilərə geniş çeşiddə onlayn xidmətlər təqdim edilir.
“Microsoft” lisenziyalı proqram təminatından istifadənin vacibliyini vurğulayıb və pirat proqram təminatı ilə işləyən maliyyə şirkətlərinin yaratdığı risklər barədə xəbərdarlıq edib.
Kiber cinayətkarlığın və yüksək texnoloji fırıldaqçılığın qarşısının alınması və araşdırılması sahəsində aparıcı mütəxəssislər olan “IB-Group” tərəfindən edilən araşdırma göstərir ki, banklara qarşı kiberhücumlar hər il daha mürəkkəbləşir və köhnəlmiş, saxta proqram təminatı zəiflik mənbəyidir.
Kiber silahların əsas daşıyıcıları kimi pirat proqramlar çıxış edir. “Windows”un ölkədə ən çox yayılan pirat versiyasında 63 çatışmamazlığın olduğu saxta Office proqramlarından isə “Gartner” spamlarının göndərilməsində istifadə edilir. Əksər hallarda haker qruplarının məqsədi pul köçürmə sistemlərinə giriş əldə etməkdir. Kiber cinayətkarları lisenziyasız proqram təminatı olan bankomatları hədəfə alır.
Həmçinin lisenziyası olan, lakin köhnəlmiş proqram təminatlarından istifadə də olduqca təhlükəli hesab olunur. Belə ki, köhnəlmiş proqram təminatları “Microsoft”un dövriyyəsini tərk edir və yenilənə bilmir. Bu da proqramları kənar müdaxilələr qarşısında zəif duruma salır.
Yeniləmələr istənilən proqram üçün vacibdir. Bu zaman çatışmamazlıqlar aradan qaldırılır və kiberhücum riski azalır.
“Lisenziyasız proqram təminatının qarşısının alınmasının vacibliyi ölkənin bir çox təşkilat və müəssisələri tərəfindən qəbul olunur”-deyə “Microsoft”un kibertəhlükəsizliklə bağlı məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























