Bakı metropoliteninin müasir qatarları təmir ediləcək
"Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi Bakı metropoliteninin 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarına planlı qaldırma təmiri xidmətini göstərəcək.
"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə, bununla əlaqədar iki müəssisə arasında müvafiq müqavilə imzalanıb.
Məlumatda qeyd edilib ki, hər hərəkət tərkibi 5 vaqondan ibarət olmaqla, ümumilikdə 15 vaqondan ibarət 81-760.B/761.B/763.B tipli üç hərəkət tərkibi "Bakı Metropoliteni" QSC-nin sifarişi ilə 2015-ci ildə "Metrovaqonmaş" Səhmdar Cəmiyyətində istehsal olunub.
Texniki-istismar qaydalarına uyğun olaraq, bu qatarlar müəyyən məsafə qət etdikdən sonra deponun 3 saylı cari təmir sahəsində planlı qaldırma təmirinə dayandırılmalıdır. Mövcud gündəlik qaçış məsafəsi əsasında hesablamalar göstərir ki, 81-760.B/761.B/763.B tipli qatarların təmir müddəti 2020-ci ildə yetişəcək.
Bu səbəbdən nəzərdə tutulmuş təmir işləri Bakı Metropoliteninin "Nərimanov" elektrik deposunda aparılacaq.
Təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə və iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də görülən işlərin yekununda sınaqları daxildir.
Bağlanılmış müqaviləyə uyğun olaraq, "Metrovaqonmaş-Servis" təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji proseslərin, sazlama işlərinin yerinə yetirilməsini təmin edəcək. Ən əsası, müqavilə müasir tipli vaqonların təmir edilməsini müstəqil şəkildə həyata keçirəcək yerli kadrların hazırlanmasını nəzərdə tutur. Tədris prosesinə vaqonlara keyfiyyətli müvafiq xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxildir.
"Bakı Metropoliteni" QSC ilə bağlanmış müqavilə "Metrovaqonmaş-Servis" üçün ilk beynəlxalq sınaq olacaq. Onu da əlavə edək ki, Rusiyanın metro vaqonlarının istehsalı üzrə yeganə ixtisaslaşmış müəssisəsi olan "Metrovaqonmaş" Bakı Metropoliteninin tarixən ən sıx əməkdaşlıq etdiyi müəssisələrdəndir. Hazırda metropolitendə istismar olunan 280 vaqonun hamısı məhz bu şirkətin istehsalıdır.
Ümumiyyətlə, Bakı metropolitenində son illərdə vaqonlara qulluq və xidmət göstərilməsi, həmçinin təmir bazası modernləşdirilərək ən müasir standartlar səviyyəsinə çatdırılıb. Qaldırma təmiri sexi əsaslı təmir edilərək, əl əməyini ən aşağı həddə salan avadanlıqlarla təchiz olunub. Bu xüsusda müasir tipli qatarlara xidmət bazası da yaradılmaqla sürətlə genişləndirilir.
Bundan savayı, pilot layihə kimi, vaqonların əsaslı təmiri sexi inşa olunmaqla yeni tipli vaqon təmiri müəssisəsi nümunəsi yaradılıb. Burada vaqonların korroziyadan qumla təmizlənməsi, emalı, rənglənməsi, baş vaqonların ön hissəsinin dəyişdirilməsi prosesi həyata keçirilir. Bu işlərin kulminasiya nöqtəsi əvvəlki nəsil vaqonların müasir elektron sistemlərlə təchiz edilərək modernləşdirilməsidir. "Metrovaqonmaş-Servis"lə bağlanmış müqavilə isə bu mənada yeni vaqonların təmiri və onlara xidmət bazasının genişləndirilməsi ilə bahəm, yerli kadr potensialının hazırlanmasına xüsusi töhfə verəcək.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
8 d. əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
-
- 43 d. əvvəl
-
52 d. əvvəl
Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 58 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
3 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Ən çox oxunanlar
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb


















.jpg)






