Daha 1 il kreditlər üzrə faizlərin bir hissəsini dövlət ödəyəcək - MÜDDƏT ARTIRILDI
Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üzrə müəyyən edilmiş müddət daha bir il artırılıb.
"Marja" xəbər verir ki, bu gün Prezidentin imzaladığı Fərman ilə, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2020-ci il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcəkdir. Qeyd edək ki, "İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" fərmanda, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilməsi nəzərdə tutulmuşdu.
Faiz subsidiyası – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və İpoteka və Kredit Zəmanət Fondunun zəmanət verdiyi kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaitidir.
FONDUN KAPİTALI KƏSKİN ARTIRILIB
Həmçinin bu gün Prezidentin imzaladığı fərman ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib. Dəyişikliyə görə, Fondun nizamnamə kapitalı 637 milyon manat müəyyən edilib. 31 Sentyabr 2019-cu il tarixində Fond 566 milyon manat nizamnamə kapitalına malik olub. Beləliklə, nizamnamə kapitalı əlavə 71 milyon manat da artırılacaqdır. Ötən ilin sonunda Fond 466 milyon manat nizamnamə kapitalına malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 d. əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























