"Tramp, ABŞ-Çin birinci mərhələ ticarət razılaşmasını imzalayıb"
"Bloomberg"in mövzuya yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp, Çindən idxal olunan 160 milyard dollarlıq məhsula 15% vergi tətbiq olunmasını nəzərdə tutan tarifləri təxirə salan birinci mərhələ ticarət razılaşmasını imzalayıb. Tariflər 15 Dekabrda qüvvəyə minəcəkdi.
Məlumata görə, Cümə axşamı günü Çinin daha çox kənd təsərrüfatı məhsulları alışını da nəzərdə tutan razılaşma ticarət heyəti tərəfindən Trampa təqdim edilib. Eyni zamanda rəsmilər, Çin məhsulları üzərindəki mövcud olan tariflərin aşağı salınmasının da razılaşdırıldığını bildiriblər. Razılaşmanın tam mətni hələ ictimaiyyətə açıqlanmayıb. Ağ Evin sözcüsünu şərh etməyib.
Dünən Tramp "Twitter" hesabından, "Çin ilə böyük bir razılaşmaya yaxınlaşırıq. Onlar istəyirlər, biz də elə!" bildirib.
ABŞ, 20 aydır davam edən ticarət müharibəsində əvvəl 250 milyard dollarlıq Çin məhsullarına 25%, daha sonra 110% milyard dollarlıq Çin məhsullarına 15% əlavə gömrük vergisi tətbiq etmişdi. Dekabrın 15-dən 160 milyard dollarlıq Çin məhsullarına əlavə gömrük tarifi tətbiq ediləcəyi açıqlanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
18 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?



























