Azərbaycanda xizək mövsümü başladı - YENİLİKLƏR
(®) “Tufandag Mountain Resort”da xizək mövsümü başladı!
Şəhərin boz və gərgin ab-havasından uzaqlaşaraq, Qafqaz dağlarının ən mənzərəli məkanında qışın gəlişini yeni emosiyalar ilə qarşılamaq istəyənlər üçün Qəbələdə yerləşən “Tufandag Mountain Resort” Azərbaycanda bu il xizək mövsümünü daha tez başlayıb.
“Tufandag Mountain Resort” aktiv istirahətə üstünlük verənlərin burada dincəlməsini maksimum əyləncəli etmək üçün bu il xizəkçiləri sevindirəcək yeniliklər tətbiq edib. Yeni xizək mövsümündə “tubing” - hava yastıqlarında sürüşmə növü həm uşaqların, həm də böyüklərin ən sevimli əyləncəsinə çevriləcək.
Bu yaxınlarda istifadəyə verilmiş buqel qaldırıcısı hava yastıqlarında sürüşənlərin dağa qalxmasını və enməsini daha təhlükəsiz və rahat edəcək. Dağ qaldırıcısı, eləcə də kanat yolu ilə parlaq və buludlara bənzər saf qara bürünmüş dağ təbiətini seyr etmək, aktiv ATV turlarında iştirak etmək, təbiət qoynunda gecə xizəyindən yararlanmaq hər kəsə fərqli emosiyalar yaşadacaq.
Yeni il üslubunda dekor olunacaq “Winter village”-in möcüzəli ab-havasını hiss edəcək hər kəs Qafqaz otellərində yeni ilin gəlişini qarşılamaq istəyəcək. Bunun üçün istirahətinizi planlayaraq www.qafqazhotels.com saytı vasitəsilə öncədən rezervasiya edin.
Xizək mövsümünün açılışı ilə bağlı bütün Qafqaz otellərində 20% mövsüm açılışı endirimi də tətbiq olunub. Endirimdən faydalanmaq üçün www.qafqazhotels.com saytında rezervasiya zamanı “2020” endirim promokodunu qeyd etmək lazımdır.
Qafqaz Qəbələ otelləri rahatlığınızın və yeni ideyalarınızın kəşf yeri olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)




.jpg)






