Çindən ABŞ-a sərt etiraz
Çin hökuməti və xalqı ABŞ Prezidenti Donald Trampın Senatın bir neçə gün əvvəl Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı qəbul etdiyi aktları təsdiq etməsinə sərt etirazını bildirib.
Çin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı xüsusi bəyanat yayıb. Bəyanatda Prezident Donald Trampın imzası ilə qanun kimi qüvvəyə minən qondarma “Honkonqda insan hüquqları və demokratiya aktı”ın Birləşmiş Ştatların Honkonq məsələsinə və Çinin daxili işlərinə müdaxilə, beynəlxalq hüququ, beynəlxalq münasibətləri tənzimləyən əsas normaları pozan hərəkət kimi qiymətləndirilib. Çin tərəfi bu addımın kobud hegemonluq hərəkəti olduğu bəyan edib.
Honkonq hökuməti də ABŞ Prezidenti Donald Trampın bu xüsusi inzibati bölgə ilə bağlı aktları imzalamasına sərt etirazını və narahatlığını bildirən bəyanat yayıb.
Qeyd edək ki, noyabrın 19-da ABŞ Senatı Çinin ciddi etirazlarına baxmayaraq, Honkonqda qanunsuz aksiyaları dəstəkləyən akt qəbul edib. Yenə Çinin böyük narazılığına və xəbərdarlığına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp noyabrın 27-də Honkonqla bağlı iki aktı təsdiqləyib. Bununla da həmin aktlar qanun kimi qüvvəyə minib.
Çin Mərkəzi Televiziyasının məlumatında deyilir ki, “Honkonqda insan hüquqları və demokratiya aktı” ABŞ-ın Honkonqla bağlı siyasətinin, xüsusi inzibati bölgədə siyasi hadisələrin birbaşa qiymətləndirilməsini və digər məqsədləri müəyyən edir. Digər qanun isə ABŞ-dan Honkonqa polis qüvvələri üçün bəzi avadanlığın ixracını qadağan edir.
Çin tərəfi xarici ölkələrin, o cümlədən ABŞ-ın Honkonq məsələsinə müdaxilə cəhdlərini dəfələrlə pisləyib. Çin XİN ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində və Senatın Xarici məsələlər komitəsində “Honkonqda insan hüquqları və demokratiya aktı”nın dəstəklənməsinə, Nümayəndələr Palatasında və Senatda aktın qəbuluna da sərt etirazını bildirmişdi. Rəsmi Pekin bu addımı Çinin daxili işlərinə kobud müdaxilə, habelə Honkonqdakı radikal qüvvələrin və aqressiv fəalların dəstəklənməsi kimi qiymətləndirmişdi. Proses zamanı ABŞ-ın Çindəki səfiri 2 dəfə Xarici İşlər Nazirliyinə çağırılaraq, ona rəsmi qaydada etiraz bildirilmişdi.
Cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
1 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI






















