Rusiya neft hasilatını aşağı salmaqda davam edir
Rusiyada gündəlik neft hasilatının bu ilin mart ayında 2016-cı ilin Oktyabr ayı ilə müqayisədə sutkada 202 min barel azalaraq 11 milyon 46 min barrelə gerilədiyi bildirilib.
"Marja" xəbər verir ki, Rusiya Energetika Nazirliyindən verilən məlumata görə, OPEC-lə əldə edilmiş razılaşma əsasında ölkənin gündəlik neft hasilatı ötən ilin oktyabr ayı ilə müqayisədə mart ayında 202 min barel azalaraq 11 milyon 46 min barrelə enib.
Ötən ilin noyabr ayında keçirilən OPEC toplantısında, üzv ölkələrin neft hasilatlarını gündəlik 1,2 milyon barel azaldaraq 32,5 milyon barelə salmaları qərarı verilmişdi.
Rusiyanın enerji naziri Aleksandr Novak da OPEC-in müqaviləni tətbiq etməsi halında, Rusiyanın da gündəlik 11,2 milyon barrel olan neft hasilatını 300 min barel azaldacağını bildirmişdi.
Dünyanın ən böyük neft istehsalçısı olan Rusiyanın neft və qaz ixracı gəlirləri keçən il 2015-ci illə müqayisədə 17,7% azalaraq 73,6 milyard dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)





.jpg)






