Azərbaycandan pomidor ixracı yenidən sürətlənib
2019-cu ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) Azərbaycandan 147 milyon 606 min dollar dəyərində 139 min 576 ton pomidor ixrac olunub.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, Oktyabr ayında 5 milyon 315 min dollar dəyərində 5428 ton pomidor ixrac edilib.
Sentyabr ayında Azərbaycandan xarici ölkələrə cəmi 750 min dollar dəyərində 906 ton pomidor ixracı olunmuşdu.
2019-cu ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycandan 142 milyon 291 min dollar dəyərində 134 min 148 ton pomidor ixrac edilmişdi. 8 ay ərzində (yanvar-avqust) isə Azərbaycandan 141 milyon 541 min dollar dəyərində 133 min 242 ton pomidor ixrac edilmişdi. Beləliklə, Sentyabrda pomidor ixracı məbləğ ifadəsində 750 min dollar, miqdar ifadəsində isə 906 ton təşkil etmişdi.
2019-cu ilin 7 ayı ərzində Azərbaycandan 141 milyon 209 min dollar dəyərində 132 min 796 ton pomidor ixrac edilmişdi. Avqustda pomidor ixracı məbləğ ifadəsində 333 min dollar, miqdar ifadəsində isə 446 ton təşkil etmişdi.
İlk 6 ayda Azərbaycandan 138 milyon 56 min dollar dəyərində 129 min 293 ton pomidor ixrac edilmişdi. İyun ayı ilə müqayisədə İyulda pomidor ixracı məbləğ ifadəsində 3 milyon 153 min dollar, miqdar ifadəsində isə 3503 ton təşkil etmişdi.
ƏN ÇOX POMİDOR MAYDA İXRAC EDİLİB
Pomidor ixracından Azərbaycana Yanvarda 10 milyon 490 min dollar, Fevralda 7 milyon 318 min dollar, Martda 7 milyon 648 min dollar, Apreldə 24 milyon 188 min dollar, Mayda 54 milyon 595 min dollar, İyunda 33 milyon 817 min dollar, İyulda 3 milyon 153 min dollar, Avqustda 333 min dollar, Sentyabrda 750 min dollar, Oktyabrda 5 milyon 315 min dollar valyuta daxil olub.
Azərbaycandan pomidor əsasən Rusiyaya ixrac olunur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
-
47 d. əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
54 d. əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti






















