Qida məhsullarının idxalının elektronlaşmasına start verildi
“Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda əsas məqsəd və hədəflərə nail olmaq üçün 12 prioritet istiqamət müəyyənləşdirilib. Bunlardan biri də qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqidir.
Qida Təhlükəsizliya Agentliyinin yaydığı məlumatda bildirilir ki, hazırda qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sisteminin yaradılması, bu sahədə elektron xidmətlərin təşkili və həmin xidmətlərin elektron hökumət portalına inteqrasiyası ilə bağlı işlər davam etdirilir. Artıq ölkəmizə qida məhsullarının idxalı ilə əlaqədar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) idxal-ixraca nəzarət modulunun alt modullarından biri olan idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi noyabrın 4-dən Xaçmaz rayonunda istifadəyə verilib.
Sahibkarlar https://e-afsa.gov.az portalında elektron imza və ya “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə müraciət edə bilərlər. Müraciət əsasında əldə olunacaq sertifikatın ödənişləri də onlayn şəkildə həyata keçirilə bilər ki, bu zaman sahibkarlar şəxsi kabinetlərindən və “Hökümət Ödəniş Portalı”ndan istifadə etməklə ödəniş edə bilərlər.
Bununla yanaşı, hazırda AQTİS ilə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) arasında məlumat mübadiləsinin aparılması istiqamətində işlər həyata keçirilir. Belə ki, ölkəyə idxal olunan yeyinti məhsullarının dövlət sərhəd-keçid məntəqələrindən keçməsi və gömrük rəsmiləşdirilməsinin bitməsi barədə məlumat real vaxt rejimində VAİS sistemi vasitəsilə AQTİS-ə ötürüləcək. Eyni zamanda AQTİS vasitəsilə zəruri məlumatlar Dövlət Gömrük Komitəsinə göndəriləcək. Bu da sahibkarlıq subyektlərinin işini xeyli asanlaşdıracaq və əlavə vaxt itkisini aradan qaldıracaq.
İlin sonunadək yeni sistemin respublika üzrə tam tətbiqi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)










.jpg)





