POS-terminal bildirişi ilə yanaşı kassa çeki də təqdim edilməlidir?

Daima vergi ödəyiciləri və mühasiblər bu sualı daha geniş müzakirə edirlər. POS-terminal vasitəsi ilə ödəniş qəbul edərkən, ödənişi təsdiq edən POS-terminal bildirişi ilə yanaşı kassa çeki də təqdim edilməlidir?
ABŞ-ın “World Hope International/Azerbaijan” benəlxalq humanitar təşkilatının direktor müavini/Baş mühasibi Elşən Orucov “Marja”ya açıqlamasında bu suala cavab verməyə çalışıb.
-Bu suala mütəxəssislərin cavabları heç də həmişə birmənalı olmur. Düşünürük ki, qanunvericilikdə bununla bağlı müəyyən boşluqlar var.
İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydalarına görə, ictimai iaşə obyektlərində xidmət göstərilməsi nəzarət-kassa aparatı və POS-terminallar tətbiq edilməklə də həyata keçirilir. Bu zaman xidmətlərin dəyəri nağd qaydada ödənildikdə, müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki, xidmətlərin dəyəri POS-terminal vasitəsilə ödənildikdə isə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki və POS-terminaldan çıxarış verilir.
Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasına görə, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Bu iki qanunvericilik aktına əsasən birmənalı şəkildə deyə bilərik ki, bəli, ictimai iaşə və topdansatış fəaliyyətləri sahəsində POS-terminal bildirişi ilə yanaşı kassa çeki də verilməlidir. Bəs xidmət sahəsində necə? Göründüyü kimi, qanunda xidmət sahəsi ilə bağlı belə bir suala cavab vermir.
Digər bir məsələ isə, Nağdsız hesablaşmalar haqqında AR Qanunu, Maddə 3.1.-də nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:
- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;
- ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;
- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.
Bu qanundan belə nəticəyə gəlmək olur ki, POS-terminal ödənişi nağdsız ödənişə aid edilir.
Vergilər Məcəlləsinə baxaq. Maddə 16. Vergi ödəyicisinin vəzifələri
- Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;
Göründüyü kimi, Vergilər Məcəlləsində nağd hesablaşmalar zamanı alıcıya çek, qəbz və s.verilməsi vergi ödəyicilərinin birbaşa vəzifəsinə daxil edilmişdir.
Qanunvericilik aktlarından belə qənaətə gəlmək olar ki, POS-terminal ödənişləri nağdsız ödəniş hesab edildiyindən müştəriyə kassa çekinin verilməsinə ehtiyac yoxdur. Bununla belə, Vergilər Nazirliyi POS-terminal ödənişləri qəbzləri ilə birlikdə kassa çekinin də verilməsini tələb edir.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 saat sonra
-
36 d. əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
1 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
2 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
