BirKart sahibləri həkim müayinəsini hissə-hissə ödəyə bilərlər
(®) Partnyor şəbəkəsini durmadan genişləndirən, istər xidmət, istər ticarət, istərsə də iaşə obyektləri sayəsində taksitli alış-veriş təklif edən BirKart, daha bir yeniliyini müştərilərə təqdim edib. Belə ki, artıq BirKart sahibləri Respublika Diaqnostika Mərkəzində həkim müayinəsindən keçən zaman tələb olunan ödənişi hissə-hissə ödəyə bilərlər.
Bununla da Diaqnostika Mərkəzinə müraciət edən müştərilər, istənilən həkim müayinəsindən keçə, əməliyyat etdirə, hətta övlad dünyaya gələn zaman BirKart-dan istifadə edib, tələb olunan məbləği əlavə faiz və komissiya olmadan, 6 ay müddətində bərabər hissələrlə ödəyə bilərlər.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 9 saat sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
11 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi






.jpg)






.jpg)









