Qəndi kimyəvi maddə ilə ağardıblar...
Qənd istehsalında tekstil sənayesində və kağız istehsalı müəssiələrində istifadə edilən ağardıcıdan istifadə edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluqdan "Marja"a daxil olan birgə məlumatda bildirilir ki, bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edildiyi barədə daxil olmuş məlumatlar əsasında İran İslam Respublikasının vətəndaşı Tayef Davoud Müseyib oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 53 ünvanında yerləşən anbara baxış keçirilərkən tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən 79 kq toz halında ağardıcı kimyəvi maddə aşkar olunub.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin maddə D.Tayef tərəfindən uzun müddət ərzində İrandan ölkəmizə gətirilərək müxtəlif qənd istehsalı sexlərinə satılmaqdadır.
Həyata keçirilən monitorinqlər zamanı müəyyən edilib ki, bir sıra qənd istehsalı sexlərində istifadə olunan maddənin xarici görünüşü tozşəkilli, kəskin, spesifik iyli, tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən və insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsidir. Qeyd olunan maddənin əsasən tekstil sənayesində və kağız istehsalı müəssiələrində ağardıcı kimi istifadə olunduğu müəyyən edilib.
Əldə olunmuş məlumatlar əsasında dərhal AQTA-nın Bakı və Sumqayıt regional bölmələrinin əməkdaşları tərəfindən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birgə müvafiq məhkəmə qərarları əsasında müxtəlif ünvanlarda baxışlar keçirilib.
Baxış zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 7, Badamdar küçəsi 21 saylı ünvanlarda yerləşən fiziki şəxs Nadirov Teyyub Yaqub oğluna məxsus qənd istehsalı müəssisəsində, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 11 saylı ünvanda yerləşən fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızına məxsus qənd istehsalı müəssisəsində, Abşeron rayonu, Xırdalan-Masazır şossesinin şimal hissəsində yerləşən “Aysu Qida Sənaye LTD” MMC-yə məxsus qənd istehsalı müəssisəsində və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən fiziki şəxs Əlizadə Maqsud Əli oğluna məxsus qənd istehsalı müəssisəsində natrium ditionit aşkar edilərək maddi sübut kimi götürülüb.
Eyni zamanda həmin müəssisələrdə istehsal olunan məhsullardan sınaq nümunələri götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks müayinələr laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən götürülmüş nümunələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan natrium ditionit aşkar edilib və kükürd dioksidin (SO2) kütlə payının qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub.
Yuxarıda qeyd olunanlarla bağlı Agentliyin müvafiq qərarı ilə fiziki şəxs Nadirov Teyyub Yaqub oğlu tərəfindən istehsal olunmuş və tərkibində natrium ditionit aşkar edilmiş 18 ton 299 kq “Qədim dad” və “Bizim aşçı”, fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızı tərəfindən istehsal olunmuş 17 ton 116 kq “Qidam” əmtəə nişanlı, “Aysu Qida Sənaye LTD” MMC tərəfindən istehsal olunmuş 2 ton 215 kq “Kristal” və “Əmin” əmtəə nişanlı və fiziki şəxs Əlizadə Maqsud Əli oğlu tərəfindən istehsal edilmiş 3 ton 247 kq “İran”, “Sevimli” və “Mədinə” əmtəə nişanlı qənd partiyalarının satış üçün dövriyəyə çıxarılmasının qarşısı alınıb.
Qeyd olunan qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanıb.
Bundan başqa, Agentliyin əməkdaşları tərəfindən digər qənd istehsalı müəssisələrində də yoxlamalar aparılmaqla inzibati və məhdudlaşdırıcı tədbirlər görülüb, bu sahədə bir sıra sağlamlaşdırıcı işlər həyata keçirilərək müəssisələrin fəaliyyətləri ciddi nəzarətə götürülüb.
AQTA və Baş Prokurorluq bir daha bəyan edir ki, qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər görüləcək.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 saat sonra
-
-
10 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
11 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















