Beynəlxalq Bank yeni layihəsi üzrə işçi qəbulu elan etdi
“Azərbaycan Beynəlxalq Bankı” yeni layihə çərçivəsində formalaşdırılan Transformasiya ofisinə KOS (SME) Məhsullarının İnkişafı üzrə Baş Mütəxəssis vəzifəsinə namizəd seçimini açıq elan edir.
Kiçik və orta sahibkarlıq seqmenti üçün hazırlanan məhsulların rəqəmsallaşdırılması, xidmət və proseslərin optimallaşdırılmasında kreativ yanaşmanı həyata keçirəcək, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.
Görəcəyiniz işlər:
- Kiçik və Orta Sahibkarlıq (SME) kateqoriyasına aid kredit məhsullarının inkişafı;
- KOS (SME) kredit məhsullarının təhlilində innovativ yanaşmanın göstərilməsi;
- Göstərilən xidmət səviyyəsinin artırılması və mövcüd kredit məhsullarının inkişafı üçün daimi yeni ideyaların tətbiq edilməsi;
- Yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
- Aparılan biznes proseslərin optimallaşdırılması məqsədi ilə digər əlaqəli departamentlər ilə müntəzəm şəkildə əlaqənin saxlanılması;
- Bankdaxili aparılan layihələrdə koordinasiya və dəstəyin göstərilməsi
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Peşəkar komanda ilə əməkdaşlıq
- Bank sahəsində davamlı karyera inkişafı
- Adekvat əmək haqqı
- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
Bizim üçün ideal namizəd:
- Ali iqtisadi təhsili olan
- Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərə sahib olan
- Bank sahəsində ən az 2 il iş təcrübəsi olan; (KOS sahəsində ən az 1 il təcrübəsi olan)
- KOS (SME) kredit məhsullarının inkişafı üzrə təcrübəsi olan
- Analitik bacarığı olan
- Yüksək səviyyədə Azərbaycan dilini və yaxşı səviyyədə İngilis və Rus dillərini bilən
- Güclü kommunikativ qabiliyyətə sahib olan
- Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.10.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "KOS (SME) Məhsullarının İnkişafı üzrə Baş Mütəxəssis")
Əlavə məlumat üçün: www.ibar.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 28 d. əvvəl
-
-
41 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 58 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə




























