Azərbaycanda yeni pivə brendləri satışa çıxarılacaq
Xırdalanda yerləşən pivə zavodu öz istehsalatını inkişaf etdirir və tamamilə dünya pivə nəhənglərindən birinin tərkibinə daxil olaraq “Carlsberg Azerbaijan” adını alıb. Zavodun adının dəyişdirilməsi nə təklif edir və müəssisə azərbaycanlı pivə sevərləri nə ilə sevindirəcək? Bu suallara reportajımızda cavab verməyə çalışcağıq.
Zavodda məlumat verdilər ki, “Carlsberg Group”un tərkib hissəsi və Rusiya pivə bazarının çoxillik lideri, 2000-ci ildən bəri Azərbaycana öz məhsulunu tədarük edən “Baltika” pivə şirkəti ölkədə pivə bazarının inkişafını yüksək qiymətləndirib və Xırdalandakı pivə zavodunu satın almağa qərar verib. 2008-ci ildə “Baltika” şirkəti və “Brasseries Internationales Holding (Eastern)” “Baku-Kastel” pivə zavodunun alınması barədə saziş imzalayıb və 2009-cu ildən müəssisə “Baltika”nın tərkibinə daxil olaraq “Baltika-Baku” adını alıb. “Carlsberg Group”la inteqrasiyanı gücləndirmək və əsas şirkətin standartlarına uyğunlaşmaq üçün zavod bu ilin fevralında “Carlsberg Azerbaijan” adını alıb.
Hazırda zavodun inkişafı üçün şirkətin qoyduğu investisiyaların ümumi həcmi 47 milyon manat təşkil edir. “Carlsberg Azerbaijan”ın ölkə büdcəsinə ödəmələri 15-20 milyon manatdır. Fəaliyyət başladıqdan bəri bu məbləğ 100 milyon manata yaxındır.
Zavodda ekskursiya zamanı öyrəndik ki, 2014-cü ildə zavod üçün ən əhəmiyyətli hadisə baş verib. Burada buğdanın saxlanması üçün siloslar və hazır məhsulun saxlanması üçün forfaslar quraşdırılıb. Bu innovasiyalar şirkətə məhsulun keyifiyyətini artırmağa və “Carlsberg Group” standartlarına uyğunlaşdırmağa imkan verib. Bundan başqa, zavod bütün növ təbii resurs və mənbələrin ehtiyatla istifadə olunmasına çalışır. Məsələn, şirkət artıq uzun illərdir ki, məhsul istehsalı üçün təkrar şüşə-taradan istifadə edir. İkinci dəfə istifadə olunan şüşə tara istehsal olunan butulkaların ümumi həcminin 20-25 faizini təşkil edir. Şirkət həmçinin kənd təsərrüfatının inkişafına öz töhfəsini verir – pivəbişirmə zamanı yaranan pivə qırması simvolik qiymətə kənd təsərrüfatı müəssisələrinə satılır. Bu qırmalar faydalı qida əlavəsi olaraq kənd təsərrüfatı heyvanlarına verilir.
“Carlsberg Azerbaijan”ın məhsulların Azərbaycan pivə bazarının 75 faizdən çoxunu əhatə edir və aşağıda brendlərdə təqdim olunur: “Xırdalan”, “Tuborg”, “Xırdalan Draft”, “Xırdalan Export”, “Kuler”, “Əfsanə”, "Baltika 7", "Baltika 0", "Baltika 9", "Jiqulyovskoye firmennoye", "Kvas Taras".
Məhsul çeşidləri ilə tanışlıq zamanı belə bir sual yarandı: zavod tünd pivə istehsal etməyi planlaşdırırmı?
Pivə zavodunun əməkdaşı Vüqar Əhmədov deyib: “Tünd pivə açıq pivədən onunla fərqlənir ki, onu karamel mayasından hazırlayırlar. Azərbaycanlı istehlakçı tünd pivə sevmədiyi üçün ona tələbat da azdır. Zavod bu məhsulu az miqdarda istehsal edə bilməz”.
Zavodun adının dəyişməsi ilə bağlı baş verəcək dəyişikliklərlə əlaqədar biz şirkətin Qazaxıstan və Azərbaycanda marketinq üzrə direktoru Ruslan Beisovla söhbət etdik. O məlumat verib ki, bundan sonra etiketdə istehsalçının adı dəyişəcək – “Baltika-Bakı” əvəzinə orada “Carlsberg Azerbaijan” yer alacaq. Bundan başqa, şirkət Azərbaycan bazarında öz flaqman brendlərini inkişaf etdirməyi planlaşdırır. Məsələn, aprel ayından başlayaraq satışa Ukraynanın “Kvas Taras” məhsulunun ilk partiyası çıxarılacaq, eləcə də Azərbaycanda populyar alman və Danimarka brendlərinin satışa çıxarılması nəzərdən keçirilir.
R.Beisov deyib: “Biz ölkəyə “Carlsberg Group”un dünyada populyar olan bir neçə brendini gətirəcəyik. Əgər Azərbaycanda tələbat yüksək olarsa, bu məhsulların istehsalına başlayacağıq”.
Qeyd edək ki, Danimarkanın “Carlsberg” pivə şirkəti dünyada istehsal həcminə görə 3-cü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
18 d. əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
1 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Vurulan zərərə görə sürücüsüz nəqliyyat vasitəsinin sahibi məsuliyyət daşıyacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Ən çox oxunanlar
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!
Ermənistan və ABŞ “Tramp Marşrutu” sazişini imzalayıb
Azərbaycan sürücüsüz nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır - qanunlara dəyişiklik edilir
Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...



















