"Bank BTB"nin “Promo” filialı yeni ünvanda
® Bank BTB müştərilərə daha yaxın olmaq və xidmət səviyyəsini yüksəltmək məqsədilə filial şəbəkəsini optimallaşdırır.
Qeyd edək ki, yeni korporativ üslubda təmir olunmuş “Promo” filialı Səməd Vurğun küçəsi 174 (Tibb Universiteti ilə üzbəüz) ünvanında fəaliyyətini davam etdirir.
“Promo” filialı müştərilərə kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Filialın iş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.
İdarə Heyətinin Sədr müavini Rüfət Abbasov bildirib ki: “Bank BTB filial şəbəkəsinin genişləndirilməsini və müasirləşdirilməsini sistemli şəkildə həyata keçirir. Müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunması üçün xidmət şəbəkələrimizi müasir bankçılığın tələblərinə cavab verən avadanlıqla və vahid korporativ interyer dizayn elementlərilə təmin edirik. Qeyd edək ki, müştərilərin istək və tələbləri zamana uyğun olaraq dəyişir, müasirləşir və inkişaf edir. Bizim məqsədimiz onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməkdir.”
Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın Baş Ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.
Bank “BTB” ASC–nin təqdim etdiyi bütün məhsul və xidmətlər, filial şəbəkələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)





