Əhali yenidən banklara borcunu artırır - 600 MİLYONDAN ÇOX ARTIB
2019-cu ilin İyul ayında Azərbaycanda kredit qoyuluşları 198,7 milyon manat artaraq 13 milyard 681,3 milyon manata yüksəlib. İyunun sonunda kredit qoyuluşları 13 milyard 482,6 milyon manata çatmışdı.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, cari ilin 7 ayı ərzində isə kredit qoyuluşları 661,1 milyon manat artıb. Ötən ilin sonunda kredit qoyuluşları 13 milyard 20,3 milyon manat təşkil etmişdi.
ARTIM ƏSASƏN İSTEHLAK KREDİTLƏRİNDƏN QAYNAQLANIR
Kredit qoyuluşlarındakı artımın böyük hissəsi istehlak kreditlərinin artması ilə bağlıdır. Belə ki, İyun ayının sonu ilə müqayisədə İyulda ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat, ötən ili sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində isə 618,7 milyon manat artaraq5 milyard 938,3 milyon manata çatıb. Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43,4%-ə yüksəlib (kreditlərin yarıya yaxını ev təsərrüfatlarına verilən kreditlərdir).
Ev təsərrüfatlarına verilmiş 5 milyard 938,3 milyon manat kreditlərin 1 milyard 926,2 milyon manatı daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər təşkil edib. Bu kreditlər İyulda 4,9 milyon manat, 7 ay ərzində isə 55,4 milyon manat artıb. Beləliklə, istehlak kreditləri İyulda 131,6 milyon manat, 7 ay ərzində isə 563,3 milyon manat artıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Elman Rüstəmov Prezidentin yanındakı müşavirədə xəbərdarlıq etmişdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq etmişdir:
“Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər.”
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
3 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
4 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




















.jpg)





