"Parlamentin tətilə buraxılması demokratiyaya təhqirdir"
Böyük Britaniyanın Baş naziri Boris Consonun, ölkənin Avropa Birliyindən çıxış prosesində (Brexit) müxalifətin variantlarını məhdudlaşdırıb müqaviləsiz Brexit əleyhdarlarının manevr sahəsini azaltması qəzetlərin manşetində yer alıb.
"Marja" xəbər verir ki, İngiltərə mətbuatı Parlamentin tətilə buraxılmasını demokratiyaya təhqir kimi qiymətləndirib.
Böyük Britaniyada hökumət, Kraliça 2-ci Yelizavetadan, 5 Sentyabrda məzuniyyətdən qayıdaraq işə başlaması planlaşdırılan Parlamentin yenidən tətilə buraxılmasını tələb etmiş, Kraliça də tələbi qəbul etmişdi. Qərara görə, Parlament 9 Sentyabr - 14 Oktyabr tarixlərində də tətil edəcək.
Beləliklə, millət vəkillərinin 31 Oktyabrdakı "Brexit"dən əvvəl Britaniyanın Avropa Birliyindən bir müqavilə olmadan ayrılmasını mane olacaq addımlar atması üçün qarşılarında çox az vaxt olacaq.
"Brexit" əleyhinə mövqeyilə tanınan "Guardian" qəzeti "Consonun parlamenti təxirə salmasına üsyan" başlığını verib. Ölkənin ən yüksək tirajlı qəzeti "Brexit" tərəfdarı "Daily Mail" isə "Conson əlcəkləri atıb" başlığını manşetə çıxarıb.
"Financial Times" qəzeti, "Conson "Brexit" planını qorumaq üçün parlamenti bağladı" - yazıb. "Times" qəzeti "Conson qazanmaq üçün hər yolu sınayır" başlığını önə verib. "Brexit"i dəstəkləyən "Daily Telegraph" isə kabinetin parlament gündəmini müəyyən etməkdən məsul naziri Yakob Rees-Moggun "Baş nazir haqqın iradəsinin təcəlli etməsini təmin etməlidir" sözlərini manşetdən verib.
Qəzetlərin baş məqalələrinin hamısı Boris Consonun parlamenti tətilə buraxması ilə bağlı idi.
"Financial Times"ın baş məqaləsində "qərar demokratiyaya təhqir olaraq" adlandırılıb. Xəbərlərdə qeyd edilib ki, millət vəkilləri hökumət haqqında etimad səsverməsi keçirməli və erkən ümumi seçki prosesini başlatmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)

