"Fitch" agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin reytinqini açıqlayıb
"Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin uzunmüddətli avrobondlar üzrə reytinqini "BB+" səviyyəsində təsdiq edib.
Bu barədə Agentliyin rəsmi məlumatında bildirilir.
"Fitch" bildirib ki, onun bu təsdiqi "Cənub Qaz Dəhlizi" QSC-nin Azərbaycan Respublikası tərəfindən zəmanət verilmiş, toplam həcmi 2 mlrd. ABŞ dolları, tədavül müddəti 10 il olan istiqrazlara Agentliyin dəyişməyən mövqeyini əks etdirir.
Xatırladaq ki, 2016-cı ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 1 mlrd. ABŞ dolları məbləğində illik 7% gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, emitent, 144a/RegS tələblərinə uyğun olaraq, bu ay 1 mlrd. dollar dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb və həmin istiqrazlar 5,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC tam Azərbaycana məxsus olan şirkətdir. Onun 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






