Yığımına başlayıblar, bir kiloqramı 3,5 - 4 manata alınır
Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən fındıq bağlarından məhsul yığımına başlayıblar.
Fındıq bağlarında məhsuldarlıq ötən illərlə müqayisədə daha çoxdur. Hazırda ağacdan yığılaraq qurudulan fındığın bir kiloqramı təsərrüfatçılardan 3,5 - 4 manata alınır.
Rayonun Hacıəhmədoba kəndindən olan təsərrüfatçı Fazil Əhmədov 0,5 hektar fındıq bağından hər il 500-600 kiloqram məhsul toplayır. “Yığıma yeni başlamışıq. Bu il məhsuldarlıq ötən ilkindən yaxşıdır. Məhsulu özümüz yığırıq. Bəzən yığım üçün günəmuzd fəhlələr də çağırırıq. Havalar yaxşı keçsə bağı sentyabrın axırına kimi yığıb qutaracağıq”, - deyə təsərrüfatçı bildirib.
Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Xaçmazlı fermerlər bir neçə ildir k, ağacdan yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatdan istifadə edirlər. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir. Belə ki, bağından 1 ton fındıq əldə edən təsərrüfatçı əvvəllər bu məhsulu qabığından təmizləmək üçün ailə üzvləri ilə birlikdə 7-10 gün vaxt sərf etməli olurdu. Fındıq təmizləyən texnika isə bu işi cəmi bir saata görür.
Traktorçu Alim Əhmədov deyir ki, fındıq toplanmasına başlanan gündən sifarişlərin ardı-arası kəsilmir. Gün ərzində müxtəlif kəndləri gəzərək 3-4 ton fındıq təmizləyir. Xidmət haqqı olaraq hər 100 kiloqrama görə 3 kiloqram təmizlənmiş fındıq alır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 43 d. əvvəl
- 51 d. əvvəl
- 56 d. əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
21 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir







.jpg)




.jpg)







