“Fitch”: FED-in faizi artırması Manata birbaşa təsir etməyəcək
ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FED) dünən uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərar Azərbaycan manatının məzənnəsinə birbaşa təsir etməyəcək.
Bunu “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru ilə bağlı keçirdiyi tədbirdə bəyan edib.
Qurumda hesab edirlər ki, uçot dərəcəsinin artımı yalnız dolayı yolla psixoloji təzyiq yarada bilər: “Yalnız neftin qiymətində ciddi dəyişiklik olarsa, bu, məzənnənin formalaşmasında rol oynaya bilər”.
Xatırladaq ki, dünənki qərarla FED uçot dərəcəsini 0,75-1,00%-dək artırıb.
MƏRKƏZİ BANK: BİRBAŞA TƏSİR ETMƏYƏCƏK
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün başa çatan ikigünlük iclasında uçot dərəcəsini artıraraq 1%-ə çatdırması ilə bağlı qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə deyib.
"Ola bilər ki, FED-in qərarının dolayısı ilə bizə təsirləri olsun. Amma bu təzyiqlər psixoloji təzyiqlər şəklində olacaq. Əgər neftin qiyməti nəzərəçarpacaq dərəcədə dəyişəcəyi halda monetar siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq", - deyə o bildirib.
© Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)








